Hüseynzadə Namiq Hüseynağa oğlu

09 dekabr 1963-cü ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub. 1987-ci ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU), Fizika fakültəsini bitirib. Hal-hazırda Rusiyada yaşayır. Rusiya Elmlər Akademiyasının A.M. Proxorov adına Ümumi Fizika İnstitutunun Nəzəri bölməsində çalışır. Elmi sahəsi: Fizika. Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru (1993); Fizika-riyaziyyat üzrə elmlər doktoru (2006); İkiölçülü simmetrik plazma-toz klasterlər üçün kiçik rəqslərin nəzəriyyəsini yaradan ilk alimdir; Müxtəlif çəkili toz törəmə konfiqurasiyalarının nəzəri tədqiqatları ilə məşğul olan ilk alimlərdən biridir; Helikoidal kristalların formalaşması şəraiti, sabitliyi və kiçik rəqsləri ilə bağlı tədiqatlar aparıb; Plazma kristallarının rəqslər və sabitlik nəzəriyyəsinə böyük töhfə verib; “Plazmatik antennaların fiziki iş prinsipləri”, “Plazmatik antennanın səthi dalğası və xətti iş rejimi”, “Plazmatik antennanın iş rejimləri: nəzəriyyə və modelləşdirmə” və s. məqalələr, 6 dərs vəsaiti, həmçinin bir neçə patentin müəllifidir. Rusiya Elmlər Akademiyasının fəxri fərmanına layiq görülüb. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında kiçik elmi işçi vəzifəsində çalışıb; Rusiya Elmlər Akademiyasının A.M. Proxorov adına Ümumi Fizika İnstitutunun Nəzəriyyə şöbəsinin müdiri (1995-ci ildən); Ümumi Fizika İnstitutunun Elm-Təhsil Mərkəzinə rəhbərlik edir (2008-ci ildən); Moskva Texnologiya Universitetində kafedra müdirinin müavini, MDU-nun Fizika fakültəsinin professoru; Rəhbərliyi ilə 3 fəlsəfə doktorluğu dissertasiyası və 50-dən çox diplom işi müdafiə olunub.

(Visited 1 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

© 2021 - Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi. Müəllif hüquqları qorunur. by .