İmamov Heydər Məmmədrza oğlu

14 may 1944-cü ildə Azərbayan Respublikasının Qubadlı rayonunda anadan olub. Leninqrad Texnologiya İnstitutunu (indiki Sankt-Peterburq Dövlət Texnologiya İnstitutu) bitirib. Hal-hazırda Rusiyada yaşayr. Smolnı Universitetində çalışır. Elmi sahəsi: Texnika elmləri. Texnika üzrə fəlsəfə doktoru (1975); Texnika üzrə elmlər doktoru (2008); 100-dən çox elmi məqalənin müəllifidir. Rusiya Prezident Administrasiyasından minnətdarlıq məktubu (2012); A.G. Nebolsin Beynəlxalq mükafatı laureatı (2011); “Peterburq Şəxsiyyəti” Humanitar fondunun medalı (2011); Təhsil sahəsində xidmətlərinə görə və yubileyi ilə əlaqədar Avropa Təbiət Elmləri Akademiyasının (ATEA) böyük gümüş cəngavər ulduzu (2010); ATEA-nın Futurologiya üzrə 2010-cu ilin ən yaxşı dərs kitabı laureatı (2010); Rusiya-Azərbaycan Ticarət Palatasının təhsil sahəsində kommunikasiyanın gücləndirilməsi üzrə müvəffəqiyyət mükafatı (2009); Petrovski Elmlər və İncəsənət Akademiyasının “Rusiyaya sadiqliyinə” görə Qızıl medalı (2009); ATEA-nın “Taclı Böyük Gümüş Xaç” mükafatı (2009); ATEA-nın diplomu və “Humanizm və ölkəyə xidmətə görə” Alfred Şveytser medalı (2008); “Rusiya müsabiqəsinin qalibi”, “Manager 2007” diplomu (2007); Sankt-Peterburq Azərbaycan diasporunun həyatında 2002-ci ildə roluna görə “Azərbaycan incəsənəti” xeyriyyə fondunun “İlin qəyyumu” diplomu (2002); “Serbiya uşaqlarına köməyinə görə” Serb Respublikası Hökuməti diplomu (1999); Dünya düşərgələri birliyi Prezidenti Ceks Pirsin fəxri diplomu (1998); Dəlikli farfor istehsalı üçün texnologiyanın yaradılmasına görə bürünc medal (1984); Mərkəzi Komitənin “SSRİ-nin ən yaxşı gənc mütəxəssisi” nişanına layiq görülüb (1972).  Kirovabad şəhəri (indiki Gəncə), Nizami rayonunun deputatı (1987-1988); Gəncə şəhər şurasının  deputatı (1988-1991); Beynəlxalq Energetika Akademiyasının akademiki; Humanitar Elmlər Akademiyasının müxbir üzvü (1998); Petrovski Elmlər və İncəsənət Akademiyasının (PEİA) akademiki (2005); ATEA-nın akademiki (2005); Akmeologiya doktoru (Beynəlxalq Fundamental Təhsil Universiteti); Akmeologiya Akademiyasının vitse-prezidenti, (2008-2009); Noosfer İctimai Elmlər Akademiyasının birinci vitse-prezidenti (2010); Beynəlxalq Tədris Universiteti, böyük fəlsəfə doktoru (2011); Rusiya Təbii Elmlər Akademiyasının müxbir üzvüdür. (2013)

(Visited 6 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

© 2021 - Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi. Müəllif hüquqları qorunur. by .