İmamov Rafiq Məmməd oğlu

07 yanvar 1938-ci ildə Azərbaycan Respublikasın Bakı şəhərində anadan olub. 1961-ci ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti), Fizika fakültəsini bitirib. Hal-hazırda Rusiyada yaşayır. A.V. Şubnikov adına Kristalloqrafiya İnstitutunun kristal layların difraktometriyası laboratoriyasında çalışır. Elmi sahəsi: Fizika. Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru (1965); Fizika-riyaziyyat üzrə elmlər doktoru (1978); Kristalların ən nazik qatlarının struktur mükəmməlliyinin tədqiqatı üçün rentgen şüalarının difraksiyası və ikinci şüaların (fotoelektronlar, flüoresent kvantlar və s.) çıxışının qeyri-standart sxemlərinə əsaslanan yeni metodların yaradılması ilə müntəzəm məşğul olur (1976-cı ildən); Kristalloqrafiya və kristallar fizikası ixtisası üzrə professor elmi adını alıb (1987); 300-dən çox məqalənin, 22 ixtiranın müəllifi və həmmüəllifidir. Rusiya Federasiyasının Əməkdar Elm Xadimi” fəxri adı (2005); 2009-cu ildə Rusiya Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə durğun rentgen dalğaları metodunun hazırlanması və kristalların strukturunun tədqiqatı üçün bu metoddan istifadə edilməsi üzrə silsilə işlərinə görə “Y.S. Fyodorov adına mükafat” təqdim edilib. Rəhbərliyi altında çoxsaylı diplom işləri yerinə yetirilib, 18 fəlsəfə doktorluğu və 4 elmlər doktorluğu dissertasiyası müdafiə edilib; Dəfələrlə kristalloqrafiya, mikroelektronika və nanoelektronika üzrə Rusiya və beynəlxalq miqyaslı konfranslarda məruzələrlə çıxış edib; Elmlər doktoru alimlik dərəcəsi verilməsi üzrə iki ixtisaslaşdırılmış şuranın üzvüdür; Uzun illər Rusiya EA yanında “Səthin fizikası” problemi üzrə elmi şuranın üzvü olub; Rusiya EA-nın Y.S. Fyodorov adına mükafatının verilməsi üzrə Komissiyanın elmi katibidir; A.V. Şubnikov adına Kristalloqrafiya İnstitutunun kristal layların difraktometriyası laboratoriyasının müdiridir.

(Visited 1 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

© 2021 - Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi. Müəllif hüquqları qorunur. by .