İsayev Eyvaz İsa oğlu

03 mart 1959-cu ildə Azərbaycan Respublikasın Qazax rayonunun Aslanbəyli kəndində anadan olub. Moskva Polad və Ərintilər İnstitutunun (MPƏİ), Fiziki kimya fakültəsini bitirib. Hal-hazırda Rusiyada yaşayır. Moskva Polad və Ərintilər İnstitutunun Nəzəri fizika kafedrasında çalışır. Elmi sahəsi: Fizika. “Adsorbsiya olunmuş metallarla kovalent kristalların səthlərinin elektron quruluşu” mövzusunda fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib (1995); “Mürəkkəb simmetriyalı və pozulmuş uzaq nizamlı sistemlərin elektron və fonon induksiyalanmaları və maqnit xüsusiyyətləri” mövzusunda fizika-riyaziyyat elmləri doktorluğu dissertasiyasını müdafiə edib; “Proceedings of the National Academy of Science of the USA”, “Physical Review Letters”, “Applied Physics Letters”, “Journal of Applied Physics”, “Физика Твердого Тела” və digər nüfuzlu beynəlxalq nəşrlərdə və Rusiya jurnallarında dərc olunmuş 60-a yaxın elmi işin müəllifidir. Moskva Polad və Ərintilər İnstitutunun (MPƏİ) diplomu ilə təltif edilib. MPƏİ, Nəzəri fizika kafedrasında elmi işçi (1995-1997), doktorant (1997-2002), böyük elmi işçi (2002-2004), aparıcı elmi işçi (2004-cü ildən); 18 tələbənin diplom işinə rəhbərlik edib, 4 fəlsəfə doktoru yetişdirib; Rusiya Fundamental Araşdırmalar Fondunun (RFAF) 3 qrantının elmi rəhbəri, RFAF-ın 6 qrantının əsas icraçısı olub; Linçepinq Universitetinin dəvət edilmiş elmi işçisidir (2007-ci ildən); Bərk cisimlərin fiziki xassələrinin prinsipial hesablamaları sahəsində ekspertdir; Quantum ESPRESSO proqramları kompleksini yaradanlar sırasındadır; “Physical Review Letters”, “Physical Review B”, “Philosophical Magazine B”, “Physica B” kimi jurnalların rəyçisidir; Moskva Polad və Ərintilər İnstitutunun Nəzəri fizika kafedrasının professorudur.

(Visited 4 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

© 2021 - Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi. Müəllif hüquqları qorunur. by .