İsgəndərov Bəhram Hüseynağa oğlu

05.12.1957-ci ildə Azərbaycan Respublikasın Quba rayonunun 1-ci Nügədi kəndində anadan olub. 1981-ci ildə N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) Müalicə-profilaktika fakültəsini bitirib. Hal-hazırda Rusiyada yaşayır. Penza Həkimləri Təkmilləşdirmə İnstitutunun (PHTİ) Terapiya, kardiologiya və funksional diaqnostika kafedrasında çalışır. Elmi sahəsi: Tibb elmləri. Sverdlovskda “Ürək ritmi süni idarə olunan xəstələrin qan dövranının vəziyyəti və onların reabilitasiyası” mövzusunda fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib (1990); Moskvada “Ürək ritmi süni idarə olunan xəstələrin dispanser müşahidəsi və onların müalicəvi reabilitasiyası” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib (1998); Professor (2002); Kardiologiya üzrə ali ixtisas kateqoriyasına malikdir; 300-dən çox elmi işin müəllifidir. Çoxillik elmi araşdırmalarının nəticələri “Daimi elektrokardiostimulyasiyanın fəsadları: diaqnostika, müalicə və profilaktika” (2000); “Elektrokardiostimulyasiyanın terapevtik aspektləri” (2002), “Arterial hipertoniya və ürəyin aritmiyaları” (2007), “Arterial hipertoniyanın müalicəsində kalsiumun antaqonistləri” (2008) və “Arterial hipertoniya zamanı ürəyin elektrik qeyri-sabitliyi” (2009) adlı 5 monoqrafiyada ümumiləşdirilib. Rusiya Federasiyası (RF) Səhiyyə və Sosial İnkişaf Nazirliyinin fəxri fərmanı ilə təltif edilib (2007); “Səhiyyə Əlaçısı” fəxri adına layiq görülüb (2009). Həkim-kardioloq kimi tibbi fəaliyyətinə 1981-ci ildə Q.A. Zaxaryin adına Penza mərkəzi şəhər xəstəxanasında başlayıb; Penza vilayətində ilk dəfə yaradılmış Təxirəsalınmaz kardioloji yardım şöbəsinə, Kardioreanimasiya şöbəsinə rəhbərlik edib (1982-1989); PHTİ-nin 1 №-li terapiya kafedrasında (1989-cu ildən), 2008-ci ildən institutun terapiya, kardiologiya və funksional diaqnostika kafedrasında müəllim işləyir; Penza şəhərindəki Q.A. Zaxaryin adına Təcili Tibbi Yardım Klinik Xəstəxanasının kardioloji xidmətinin kuratorudur (1996-cı ildən); Rəhbərliyi altında 8 fəlsəfə doktorluğu dissertasiyası müdafiə olunub; Penza Dövlət Universiteti yanında “kardiologiya” ixtisası üzrə doktorluq dissertasiyalarının müdafiəsi üzrə dissertasiya şurasının üzvüdür; PHTİ-nin elmi şurasının və həmin institutun Terapevtik fakültəsinin problem komissiyasının üzvüdür; PHTİ yanında Etika Komitəsinin sədridir; RF Təhsil və Elm Nazirliyinin qərarına əsasən kardiologiya ixtisası üzrə doktorantların rəhbəri kimi təsdiq edilib (2004); Adı ABŞ-dakı “Marques” nəşriyyatında çapdan çıxmış “Kim kimdir” (“Who`s Who”) Ensiklopediyasına daxil edilib (2004); BMT yanında YUNESKO-nun Assosiasiyalı orqanı olan Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Elmləri Akademiyasının akademiki (2006); Kardioloqların Ümumrusiya Elmi Cəmiyyətinin mətbu orqanı olan “Российский кардиологический журнал”ın redaksiya şurasının üzvüdür (2009-cu ildən); Rusiya Kardiosomatik Reabilitasiya və İkincili Profilaktika Cəmiyyətinin Penza bölməsinin sədri və Kardioloqların Penza elmi cəmiyyətinin sədr müavinidir; PHTİ-nin Terapiya, kardiologiya və funksional diaqnostika kafedrasının professorudur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *