İsmayılov Hüseynəli Rüstəm oğlu

08 may 1961-ci ildə Gürcüstanın Borçalı mahalının Qızılkilsə kəndində anadan olub. 1986-cı ildə N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunu (indiki Azərbaycan Tibb Universiteti) bitirib. Hal-hazırda Rusiyada yaşayır. Akademik Q.A. İlizarov adına Rusiya Travmatologiya və Ortopediya Mərkəzində çalışır. Elmi sahəsi: Tibb elmləri. Tibb üzrə fəlsəfə doktoru (1993); Tibb üzrə elmlər doktoru (2000); Anadangəlmə və sonradan yaranmış ortopedik və travmatoloji xəstəliklərin müalicəsinə həsr olunmuş yüzlərlə elmi məqalə, 3 monoqrafiya, 16 dərslik, 100-ə yaxın konfrans materialı, praktikada geniş tətbiq olunan 200-dən artıq ixtira və səmərələşdirici təklifin müəllifidir; “Pəncə cərrahiyyəsində sümükdən keçən osteosintez” adlı kitabın müəlliflərindən biridir; Travmatologiya və ortopediya sahəsində 50-dən çox yeni texniki model işləyib hazırlayıb. Rusiyanın “Alfred Nobel” medalı; Rusiyanın “Vernadski” qızıl medalı; Akademik Q.A. İlizarov adına Fondun təsis etdiyi mükafat; “Rusiyanın əməkdar səmərələşdiricisi” medalı ilə təltif olunmuşdur (2003). Əcnəbi ölkələrlə müstəqil şəkildə əlaqə yaradan ilk görkəmli travmatoloq-ortopeddir; Əmək fəaliyyətinə Rusiyanın Kurqan şəhərində, akademik Q.İlizarovun “Bərpa travmatologiyası və ortopediyası” elmi mərkəzində başlayıb; “Baldır və pəncənin deformasiyasının qaydaya salınması” mövzusunda məruzə etmək üçün ABŞ-a dəvət edilib (1992); Uzun müddətli müqavilə əsasında işləmək üçün İrana dəvət olunub(2002); Rusiyanın Kurqan şəhərində 2000, İngiltərədə 30, İranda isə 6000 nəfərdən artıq xəstə üzərində uğurlu cərrahiyyə əməliyyatları həyata keçirib; Əl və ayaq xəstəliklərinin, sınıqlarının müalicəsində və bərpasında uğurla tətbiq olunan son elmi ixtirası Yaponiyada patent alıb; İngiltərədə müasir travmatologiya və ortopediya ilə bağlı geniş məruzə ilə çıxış edib; Alimin bütün elmi ixtiraları və səmərələşdirici təklifləri dünyanın əksər ölkələrində travmatoloq-ortoped və plastik cərrahlar tərəfindən uğurla tətbiq olunur; Böyük Britaniya Səhiyyə Təşkilatının dəvəti ilə 1 ay London, Oberqin, Şeffild və Birminqem şəhərlərində, 2 ay isə Şotlandiyada fəaliyyət göstərərək bir sıra uğurlu cərrahi əməliyyatlar aparıb (2001); Akademik İlizarov adına Rusiya Travmatologiya və Ortopediya Mərkəzinin Yaxın Şərq üzrə nümayəndəliyinə rəhbərlik edir; Alimin adı “Rusiyanın görkəmli alimləri” internet-ensiklopediyasına daxil edilib; Rusiya Təbiət Elmləri Akademiyasının akademiki; Dünyanın bir neçə tanınmış tibb cəmiyyətinin üzvüdür.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *