İsmayılzadə Reyman Sadiq oğlu

26 sentyabr 1955-ci ildə Gürcüstanın Marneuli rayonunun Kiraç-Muqanlo kəndində anadan olub. 1978-i ildə N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunu (indiki Azərbaycan Tibb Universiteti) bitirib. Hal-hazırda Belarusiyada yaşaır. Belarus Milli Onkologiya Mərkəzində Uşaq Klinikası, Belarus Respublikası Elmi-praktiki Uşaq Onkologiya, Hematologiya və İmmunologiyası Mərkəzi, Onkologiya şöbəsində çalışır. Elmi sahəsi: Tibb elmləri. Tibb üzrə fəlsəfə doktoru (Kiyev şəhəri, 1989); Ali ixtisaslı onkoloq-cərrah həkim dərəcəsi (1996); Dosent (2005); Tibb elmləri doktoru (Minsk şəhəri, 2008); 160-dan çox elmi məqalə, 2 monoqrafiya və 6 patentin müəllifidir. “Belarus Respublikası səhiyyə əlaçısı” adı ilə təltif olunmuşdur. Belarus, Qomel Vilayətinin Onkologiya xəstəxanasında cərrah-onkoloq (1979-1983); Belarus Elmi-Tədqiqat Onkologiya İnstitutunda kiçik elmi işçi (1989-1991); Moskva Uşaq Onkologiya İnstitutunda təcrübə (1991); Almaniyada Lübek Universitetinin klinikasında təcrübə (1992); İngiltərədə Kral VII Eduard adına uşaq xəstəxanasında təcrübə (1994-1995); Belarus Uşaq Onkologiya Mərkəzində şöbə müdiri (1992-2012); Belarus Milli Onkologiya Mərkəzində Uşaq Klinikasının şöbə müdiri (2012-ci ildən); Belarus respublikası Elmi-praktiki Uşaq Onkologiya, Hematologiya və İmmunologiyası Mərkəzi, Onkologiya şöbəsinin müdiri; Dünya Uşaq Onkoloqları Assosiasiyası və Avropa Hipertermik Onkologiya Assosiasiyasının üzvüdür.

(Visited 3 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

© 2021 - Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi. Müəllif hüquqları qorunur. by .