Kazımov Karl Həsən oğlu

07.12.1935-ci ildə Gürcüstanın Tbilisi şəhərində anadan olub. İ.M. Qubkin adına Moskva Neft və Qaz Sənayesi İnstitutunu (indiki İ.M. Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universiteti) bitirib. Hal-hazırda Rusiyada yaşayır. Moskva, Əmək və Sosial Münasibətlər Akademiyasında çalışır. Elmi sahəsi: Pedaqogika. “İşsiz əhalinin professional hazırlığı və təliminin pedaqoji əsasları” mövsuzunda doktorluq dissertasiyasını müdafiə etmişdir (1999); Pedaqogika elmləri doktoru, professor; Qaz təsərrüfatı, peşəkar təhsil, əmək və məşğulluq problemləri üzrə 450-dən çox nəşrin, o cümlədən, 15 dərslik və monoqrafiyanın müəllifidir; Rusiya və İsveçrədə işsiz əhalinin hazırlığının professional əsasları, işsiz əhalinin məşğulluğunun professional təlim və təşviqi, Rusiyada profesional-texniki təhsil, əhalinin məşğulluğunun təlim və təşviqinin nəzəriyyə və təcrübəsi və s. istiqamətlərdə tədqiqatlar aparmışdır; Peşəkar təhsil problemləri üzrə bir sıra konsepsiyaların müəllifidir. Rusiya Federasiyası Prezidentinin təhsil sahəsində mükafatı (2000); “Qırmızı əmək bayrağı” orderi (1985); N.Q. Nebolsin adına Beynəlxalq Mükafat laureatı (1995); “Əmək qəhrəmanı” medalı (1970); Rusiya Federasiyası təhsil sisteminə verdiyi böyük töhfələrə görə medal (2002); Rusiya Federasiyası (1984) və SSRİ-nin (1971) peşəkar təhsil əlaçısı; “Rusiyanın sosial sahəsinin personası” adına layiq görülüb (2011-ci il); Ali təhsil müəssisələrinin müəllimləri və elmi işçiləri arasında keçirilən ən yaxşı elmi kitab uğrunda Ümumittifaq müsabiqəsinin üçqat qalibi; Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin, Ümumrusiya Sərgi Mərkəzinin qızıl medalları və s. mükafatlara layiq olub. “SSRİ peşəkar təhsil ensiklopediyası”na (1999-cu il) və “Rusiya peşəkar məktəbinin yüz dahisi” almanaxına (2007-ci il) daxil edilib; Əmək və Sosial Münasibətlər Akademiyasında elmi və elmi-pedaqoji fəaliyyətlə məşğuldur; Peşəkar Təhsil Akademiyası prezidiumunun və Ali Attestasiya Akademiyasının iki jurnalının redaksiya heyətinin üzvüdür. 

(Visited 3 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

© 2021 - Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi. Müəllif hüquqları qorunur. by .