Mədədzadə Afaq İsa qızı

13 mart 1979-cu ildə Azərbaycan Respublikasının Ağdam rayonunda anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. Hal-hazırda Rusiyada yaşayır. Azərbaycan Respublikası Milli Nüvə Tədqiqatları Mərkəzi; Birləşmiş Nüvə Tədqiqatlar İnstitutunda çalışır. Elmi sahəsi: Fizika. Fizika üzrə fəlsəfə doktoru (2010); Nazik təbəqələrin elektronoqrafik tədqiqi nəticəsində fazaəmələgəlmə qanunauyğunluqlarının, amorf və kristallik fazaların quruluş mənsubiyyətinin, kondensasiya müstəvisi üzərindəki tərkib sərhədlərin müəyyənləşdirilməsi; İstiqamətli kristallaşma metodundan istifadə etməklə, nanoqalınlıqlı epitaksial təbəqələrin böyümə xüsusiyyətlərinin müəyyən edilməsi və uzunmüddətli ifrat quruluşa malik fazalar ilə ilkin quruluş arasında mövcud olan epitaksial münasibətlərin təyin edilməsi; Nanoqalınlıqlı amorf təbəqələrin kristallaşma kinetikası, faza çevrilmələrinin araşdırılması; TlFeS2(Se2) polikristal nümunələrində neytron difraksiyası və rentgen-quruluş analiz ilə kristal və maqnit quruluşun tədqiqi; Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun “Neytron Fizikası” laboratoriyasının tabeliyində olan İBR-2 impulslu nüvə reaktorunun DN-2, DN-12, YUMO və REGATA kanallarının iş prinsiplərinin öyrənilməsi.

“Aspirant və dissertantların yerinə yetirdikləri işlərə görə” akademik H.M. Abdullayev adına diplom və mükafat (2008); “Gənc Alimlərin I Respublika İnnovativ İdeya Yarmarkası”, şəhadətnamə (2010); MDB dövlətlərinin gənc alim və mütəxəssisləri üçün keçirilən “Nanosistemlərin sinxotron və neytron tədqiqi SİN-NANO” IV ali kurs, Dubna, şəhadətnamə (2011); Elm sahəsində nailiyyətlərə görə “Gənclər mükafatı” laureatı (2012); Beynəlxalq Forum “İnnovasiya. MDB. Gələcək.” Dubna-Moskva, diplom (2012); 2012-ci ildə Dubna, SİN-NANO gənc alim və mütəxəssisləri üçün keçirilən “Nanosistemlərin sinxotron və neytron tədqiqi” ali kurslarının 5 illik yubileyinə həsr olunmuş “Məzunlar Konfransı” diplomu verilib. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində orta ixtisas kolleci, fizika, astronomiya müəllimi (2002–2012); AMEA Fizika İnstitutu, kiçik elmi işçi (2004–2007), elmi işçi (2008–2012), böyük elmi işçi (2012–2015); Milli Nüvə Tədqiqatları Mərkəzi, böyük elmi işçi (2015-ci ildən);Dubna, Birləşmiş Nüvə Tədqiqatları İnstitutu, Frank adina Neytron fizikası laboratoriyası, elmi işçi (2011), 2012-ci ildən etibarən  böyük elmi işçi olaraq fəaliyyət göstərir.

(Visited 1 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

© 2021 - Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi. Müəllif hüquqları qorunur. by .