Məmmədov Adil Əsgər oğlu

18 mart 1948-ci ildə Özbəkistan SSR, Sırdərya qəsəbəsində anadan olub. 1971-ci ildə Alma-Ata Dövlət Tibb İnstitutunu (indiki S.D. Asfendiyarov adına Qazaxıstan Milli Tibb Universiteti) bitirib. Hal-hazırda Rusiyada yaşayır. İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Uşaq stomatologiya və ortodontiya kafedrasında çalışır. Elmi sahəsi: Tibb elməri. “Uşaqlarda uranoplastikadan sonra damaq-udlaq halqası funksiyasının endoskopik qiymətləndirilməsi” mövzusunda fəlsəfə doktorluğu dissertasiyasını müdafiə etmişdir (1986); “Damaq-udlaq çatışmazlığı və uranoplastikadan sonra nitqin pozulmasından əziyyət çəkən xəstələrin kompleks reabilitasiyası” mövzusunda elmlər doktorluğu dissertasiyasını müdafiə etmişdir (1997); 300-dən çox elmi əsər, 10 müəlliflik şəhadətnaməsi, 6 tədris-metodik tövsiyə və dərsliyin müəllifidir. “Stafilopalatofarinqometer” aparatının hazırlanmasına görə SSRİ bürünc medalı (1989); I dərəcəli Diş həkimi mükafatı (2008); Rusiya Federasiyası Səhiyyə Naziri, “Xalq sağlamlığı və uzunmüddətli vicdanlı iş sahəsində mükafatlar” (2011); “Əmək veteranı” adı; 2014-cü ildə “Rusiyanın əməkdar doktoru” mükafatına layiq görülüb.  SSRİ Səhiyyə Nazirliyi, Kliniki rezidentura, Uşaq Cərrahiyyəsi şöbəsi (1975-1977); Beynəlxalq kəşflər və ixtiralar Yazarları Akademiyasının akademiki (1998); Beynəlxalq İnformatika Akademiyasının akademiki (2001); “Doğuşdan yarıq dodaq və damaqlı” uşaqlar üçün Rusiya xeyriyyə fondunun təşkilatçısı və sədri (2001); Rusiya Tibb və Texniki Elmlər Akademiyasının akademiki və Rusiya Təbii Elmlər Akademiyasının müxbir üzvü (2007); “Ali təhsil müəllimi” kvalifikasiyası (2008); Xeyriyyə fondu tərəfindən təsis edilən “Doğuşdan yarıq dodaq və damaq” jurnalının baş redaktoru; Rusiya Daxili İşlər Nazirliyinin hərbi əməliyyatlar veteranları Assosiasiyasının üzvü; Rusiya Plastik, Rekonstruktiv və Estetik Cərrahlar Birliyinin üzvü; Rusiya Stomatologiya Assosiasiyasının üzvü; Rusiya Maksillofasiyal Cərrahlar Birliyi Şurasının üzvü; Avropa Kranio-Maksillofaziyal Cərrahlar Assosiasiyasının üzvü; Rusiyada “Uşaq stomatologiyası və profilaktika” jurnalının elmi redaktoru; “Ali məktəb müəllimi” əlavə ixtisasına yiyələnmişdir (2008); Alimin rəhbərliyi altında 18 namizədlik və 3 doktorluq dissertasiyası müdafiə olunmuşdur. Onun bütün elmi və praktiki fəaliyyəti uşaqlarda üz-çənə nahiyyəsinin anadangəlmə patologiyasının müalicəsinə həsr edilmişdir. Alim bu xəstəlikdən əziyyət çəkən 0-18 yaş arası 4000-dən çox uşağı əməliyyat etmişdir; İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Uşaq stomatologiya və ortodontiya kafedrasının müdiridir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *