Məmmədov Fəxrəddin Sadiq oğlu

30 sentyabr 1947-ci ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olub. 1970-ci ildə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirib. Hal-hazırda Türkiyədə yaşayır. Yaxın Şərq Universitetinin Mühəndislik fakültəsində çalışır. Elmi sahəsi: Riyaziyyat elmləri. Texnika üzrə fəlsəfə doktoru (1982); Dosent (1986); Professor (1993); İngilis dilində nəşr edilmiş dərs vəsaitlərinin, həmçinin “Telekommunikasiya”, “Nəzarət sistemləri”, “Əsas rabitə sistemləri”, “Məlumatların işlənməsi sistemləri”, “Kriptoqrafiya və kodlaşdırma nəzəriyyəsi” adlı 5 kitab, 100-dən çox məqalə və 5 patentin müəllifidir; Elmi məqalələri ingilis, fransız və rus dillərində indeksləşdirilmiş referativ jurnallarda dərc edilib. 2008-2012-ci illərdə araşdırmalarına görə Yaxın Şərq Universitetinin Böyük Uğur Mükafatı; Türk ölkələrində təhsil alan gənclərə dəstəyinə görə Türksoy Qızıl Medalına layiq görülüb. Azərbaycan Dövlət Neft Akademiyası, Məlumat-ölçmə kafedrasının baş müəlimi (1970-1988), dosent (1983); Əlcəzair Respublikası, Sidi Bel-Abbes, Oran və Bumerdes Universitetlərinin professoru (1988-1995); 1990-cı ildə Əlcəzairdə işləyən sovet mütəxəssisləri İttifaqının sədri seçilib və 1995-ci ilə qədər orada işləyib; Yaxın Şərq Universitetində işləmək üçün Şimali Kipr Türk Respublikasına dəvət edilib (1995); Yaxın Şərq Universitetinin elmi işlər üzrə prorektoru (2001), Elektronika mühəndisliyi kafedrası (1997-2001), Mühəndislik fakültəsinin dekanı (2001-2013), Elektrik-elektronika və kompüter mühəndisliyi kafedralarının professoru (1995-1997); Azərbaycan Mədəniyyət Mərkəzinin təsisçisidir “Məhəmməd Füzuli və türk mədəniyyəti və incəsənəti tarixində onun rolu”, “Dədə Qorqud və türk dastanları: keçmiş və gələcək” beynəlxalq konfranslarının təşkilat komissiyasının sədri olub (2005); Şimali Kipr, Yaxın Şərq Universitetinin vitse-prezidentidir; 2001-ci ildən Yaxın Şərq Universitetinin Mühəndislik fakültəsinin dekanıdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *