Məmmədov Katib Səfər oğlu

10 oktyabr 1963-cü ildə Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olub. .K. Krupskaya adına Moskva Regional Pedaqoji İnstitutu (indiki Moskva Dövlət Regional Universiteti), Qrafika və rəngkarlıq şöbəsi; Xarkov Bədii-Sənaye İnstitutunun (indiki Xarkov Dövləti Dizayn və İncəsənət Akademiyası), Heykəltəraşlıq fakültəsini bitirib. Hal-hazırda Ukraynada yaşayır. Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasında çalışır. Elmi sahəsi: Sənətşünaslıq. Əsas elmi nailiyyəti : Dosent (2014) Beynəlxalq “Pro Art” festivalı mükafatı (1999); “Golden Palitra 2000” beynəlxalq müsabiqəsinin  qalibi; “Heykəl” nominasiyasında ikinci yer mükafatı (2000); “Maestro” nominasiyasının qalibi (2006); “İlin adamı” medalı (Xarkov, 2007); “Vera” mükafatı (2008); “Ukraynanın əməkdar rəssamı” fəxri adı (2008); “Heykəltəraşlıq” istiqamətində “Formalaşdırmada eksperimentlər üçün” nominasiyasının qalibi (2008); “Kamerata” mükafatı (2009); Beynəlxalq “İlya Repin” mükafatı (2012); Fəxri İncəsənət Xadimi (2013); Xarkov İncəsənət Muzeyinin mesenatı mükafatı (2013); Vera mükafatı (2016); Ukrayna Prezident Administrasiyası ilə əməkdaşlıq təşkilatının fəxri fərqlənmə medalı (2016); “Mahmud Kaşqari-1000” medalı (2016); 2016-c; ildə “Cлобожанська слава” fəxri fərqlənmə mükafatına layiq görülüb. Xarkov Bədii-Sənaye İnstitutu (indiki Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyası), Heykəltəraşlıq kafedrasında usta (1987-1988); Ukraynanın müstəqilliyinin 10 illiyi və “Ukrayna Xalq Akademiyası”nın yubileyi şərəfinə Xarkov şəhərinə “Odlar Yurdu” (“Elm Məşəli” adlandırılıb) abidəsini hədiyyə edib (2001); Müəllifin “Каtib Мəmmədov. Heykəl” adlı kataloqunun təqdimatı olmuşdur. Kataloqa heykəltəraşın 80-dən artıq yaradıcılıq əsəri daxil olunmuşdur (2005); “Adamyeyən-Elloçka” abidəsi Xarkov şəhərində aprelin 1-nə, İlf və Petrovun “12 stul” romanının qəhrəmanına həsr olunmuşdur (2006); Xarkov vilayətinin Derqaçi şəhərində “İlk müəllimə” abidəsi (2009); Donetsk vilayətində müqəddəs İoan Kronştadtski və Müqəddəs Serafim Sarovskiyə abidə (2013); Rusiya və Azərbaycanın məşhur klounu və öz həmyerlisi Alik Nisanovun xatirəsini əbədiləşdirmişdir (2015); Bir çox memorial lövhə və abidələrin (ümummilli lider Heydər Əliyev, Аtatürk, Müslüm Maqomayev, M.Kоşkin, О.Sоiç, N.Sobol, Sabit Orucov, Nizami Gəncəvi, Taras Şevçenko, Yuri Nikulin, Cüzeppe Verdi, Cakomo Puççini və s.) müəllifidir; Rusiya İmperator Rəssamlıq Akademiyasının akademiki (2013); Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasında müəllim vəzifəsində çalışır (1993-cü ildən). Sərgiləri: 1) İlk fərdi sərgisi Moskva şəhərinin “Belyayeva” sərgi salonunda keçirilmişdir (1993); 2) Moskva Beynəlxalq İncəsənət Art-Salonunun hər il keçirilən sərgisinin (Mərkəzi Rəssamlar Evi) daimi iştirakçısıdır (1997-ci ildən); 3) Moskva Beynəlxalq İncəsənət Sərgisi Art-Manejin hər il keçirilən sərgisinin daimi iştirakçısı olmuşdur (1997-2008); 4) İsveçrənin Cenevrə şəhərində “Philippe Rod” qalereyası (2000); 5) Kiyevdə Azərbaycan səfirliyində fərdi sərgi (2000); 6) “Politex” idman kompleksində sərgi, Xarkov; 7) “Maestro və onun tələbələri” sərgisi, Xarkov; 8) “Ənənələr və Müasirlik” II Beynəlxalq İncəsənət Festivalı, MSS “Manej” Moskva; 9) 50-illik yubileyinə həsr olunmuş “Heykəldə həyat” fərdi sərgisi. Xarkov İncəsənət Muzeyində keçirilən bu sərginin ekspozisiyasına simvolik olaraq 50 kompozisiya daxil olunmuşdur (2013); 10) Kiyevin şəhər günündə Müstəqillik Meydanında sərgi (2014); 11) Xarkovda Dünya Azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş, Azərbaycan-Ukrayna gecəsində sərgisi (2014). Ukraynanın Xarkov şəhərinin muzey-emalatxanasında heykəltəraşın 300-dən çox əsəri nümayiş olunur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *