Məmmədov Mehman Niyazi oğlu

10 yanvar 1970-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub. 1993-cü ildə İ.M. Seçenov adına Moskva Tibb Akademiyasını (indiki İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti) bitirib. Hal-hazırda Rusiyada yaşayır. Rusiya Dövlət Elmi-Tədqiqat Tibbi-Profilaktika Mərkəzinin yoluxucu olmayan xroniki xəstəliklərin profilaktikasına fənlərarası yanaşmanın işlənib hazırlanması laboratoriyasında çalışır. Elmi sahəsi: Tibb elmləri. “Arterial hipertoniyalı xəstələrdə metabolik sindromun komponentləri” mövzusunda fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib (1997); Tibb üztə elmlər doktoru (2001); Rusiyada kardiologiya sahəsində ən gənc elmlər doktoru; 150-dən çox elmi iş, o cümlədən 10 monoqrafiya və həkimlər üçün vəsaitin müəllifidir. Rusiya Dövlət Elmi-Tədqiqat Tibbi-Profilaktika Mərkəzinin Elmi Şurası tərəfindən 2009-cu ilin yekunlarına görə ən çox dərc olunan müəllif; “I Pyotr” və “Pasiyentlərin müdafiəçiləri liqası” medallarına layiq görülüb. Rusiya Federasiyası Prezidentinin İşlər İdarəsinin Tibb Mərkəzində “Kardiologiya“ ixtisası üzrə kliniki ordinatura keçib (1993-1995); Rusiya Dövlət Elmi-Tədqiqat Tibbi-Profilaktika Mərkəzinin bazasında ürək-damar riskinin qiymətləndirilməsi və korreksiyası laboratoriyasının başçısı (2002); Bakıda və Gəncədə arterial hipertoniyanın diaqnostikası və müalicəsi üzrə sertifikatlaşdırma məktəbini təşkil edib (2008); Rusiya Kardioloqları Milli Konqresinin məsul katibidir (2007-ci ildən); Ümumrusiya Kardioloqları Elmi Cəmiyyətinin Avropa Kardioloqlar Konqresindəki pavilyonunun təşkilatçısıdır; Rusiyanın aparıcı jurnalları ilə rəyçi qismində əməkdaşlıq edir; Rəhbərliyi ilə 5 fəlsəfə, 1 elmlər doktorluğu dissertasiyası müdafiə olunub, 6 tədqiqat işi aparılır; Rusiya Dövlət Elmi-Tədqiqat Tibbi-Profilaktika Mərkəzinin yoluxucu olmayan xroniki xəstəliklərin profilaktikasına fənlərarası yanaşmanın işlənib hazırlanması laboratoriyasının müdiridir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *