Məmmədov Mübariz İsa oğlu

05 yanvar 1963-cü ildə Azərbaycan Respublikasının Tovuz rayonunda anadan olub. 1985-ci ildə S. Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) bitirib. Hal-hazırda Rusiyada yaşayır. Ümumrusiya Elmi Tədqiqat Tərəvəz Bitkilərinin Seleksiya və Toxumçuluğu İnstitutunun quşüzümü fəsiləsinə aid bitkilərin seleksiya və toxumçuluğu laboratoriyasında çalışır. Elmi sahəsi: Aqrar elmlər. “Seleksiya və bəzi toxumçuluq məsələlərinin işlənib hazırlanması üçün ilkin materialın ayrılması məqsədi ilə cır havuc sortunun ekoloji baxımdan öyrənilməsi” mövzusunda fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib (1988); RF-nin Ali Attestasiya Komissiyasının qərarı ilə kənd təsərrüfatı üzrə elmlər doktoru elmi dərəcəsi verilib (2002); 260-dan çox elmi məqalə, 2 monoqrafiya, 3 kitabça, 12 metodiki tövsiyənin müəllifi və həmmüəllifidir; 2008-ci ildə Rusiya Təhsil və Elm Nazirliyinin Ali Attestasiya Komissiyasının qərarı ilə “Seleksiya və toxumçuluq” ixtisası üzrə professor elmi adı verilib. Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qızıl və gümüş medalları, Rusiya Kənd Təsərrüfatı Elmlər Akademiyasının fəxri fərmanları və digər mükafatlarla təltif edilib. Ümumittifaq Elmi-Tədqiqat Tərəvəz Bitkilərinin Seleksiya və Toxumçuluğu İnstitutunun (ÜETTBSTİ) Ekologiya şöbəsinin kiçik elmi işçisi, elmi işçisi, böyük elmi işçisi işləyib (1989-1994); ÜETTBSTİ-nin quşüzümü bitkilərinin seleksiyası və toxumçuluğu laboratoriyasının müdiri seçilib və bu günə qədər həmin laboratoriyaya rəhbərlik edir (1994); Quşüzümü bitkilərinin açıq torpaq, müxtəlif kultivasiya qurğuları və kiçik həcmli hidroponika şəraitində yetişdirməyə uyğunlaşdırılmış 52 sortu, eləcə də F1 heterozis hibridinin müəllifi və həmmüəllifidir; ÜETTBSTİ-nin doktorluq və namizədlik dissertasiyalarının müdafiəsi üzrə dissertasiya şurasının, nəzəri məsələlər və toxumçuluq üzrə elmi və elmi-metodiki şuraların daimi üzvü, quşüzümü bitkilərinin seleksiya və toxumçuluğu üzrə metodiki komissiyanın sədridir; Bitkilərin Seleksiyası üzrə Avropa Tədqiqatlar Assosiasiyasının (EUCARPIA), “The Chile Pepper Institute” institutunun (ABŞ, 1997), ÜETTBSTİ-nin elmi işlərdən ibarət məcmuələrinin və “Овощи России” jurnalının redaksiya heyətinin üzvüdür (2002-ci ildən); ABŞ, Macarıstan, Fransa, Türkiyə, İspaniya və digər ölkələrdən olan beynəlxalq elmi təşkilatların himayəsi ilə keçirilən quşüzümü fəsiləsindən olan tərəvəz bitkilərinin genetikası, seleksiyası, emalı və toxumçuluğuna dair müxtəlif beynəlxalq konqres, simpozium və konfransların daimi iştirakçısıdır; EUCARPIA-nın İspaniyanın Valensiya şəhərində keçirilən XVIII Beynəlxalq konqresində EUCARPIA Şurasına Rusiyadan nümayəndə seçilib (2008); Rəhbərliyi ilə 5 kənd təsərrüfatı üzrə fəlsəfə doktoru hazırlanıb; Ümumrusiya Elmi‑Tədqiqat Tərəvəz Bitkilərinin Seleksiya və Toxumçuluğu İnstitutunun quşüzümü fəsiləsinə aid bitkilərin seleksiya və toxumçuluğu laboratoriyasının müdiridir.

(Visited 8 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

© 2021 - Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi. Müəllif hüquqları qorunur. by .