Məmmədov Şurəddin Bahəddin oğlu.

28 fevral 1956-cı ildə Gürcüstannın Bolnisi rayonunun Kolagir kəndində anadan olub. Tbilisi Dövlət Pedaqoji İnstitutunu bitirib. Hal-hazrda Türkiyədə yaşaır. Ərdəhan Universitetində çalışır. Elmi sahəsi: Pedaqogika. Pedaqogika üzrə elmlər doktoru; Gürcüstan Milli Akademiyasının həqiqi üzvü, akademik (2002); 4 monoqrafiya, 10 elmi-publisistik-ədəbi kitabın müəllifidir; Yüksək istinad indeksli jurnallarda 11 məqaləsi çap olunmuşdur; Azərbaycanda yayımlanan “Azərbaycan”, “Ulduz”, “Qobustan”, “Prometey”, “Çıraq”, “Borçalı”, Gürcüstanda yayımlanan “Droşa” (Bayraq), “Qarapapaqlar”, “Dədə Qorqud”, “Dan Ulduzu”, “Çənlibel”, “Ədəbi Gürcüstan”, Türkiyədə yayımlanan “Turansam”, “Pirosmani”, “Azerbaycan Kültür Dergisi”, “Bizim Ahıska” və digər jurnal və məcmuələrdə 47 məqaləsi çap olunmuşdur; “Gürcüstan” (“Sovet Gürcüstanı”) qəzetində 300-dən çox məqaləsi dərc edilmişdir. Gürcüstanla Azərbaycan arasında elmi-ədəbi əlaqələrin inkişafındakı xidmətlərinə görə Gürcüstanın “ღირსება” Şərəf ordeni (2002); Elmi fəaliyyətindəki uğurlarına görə “Qızıl Kitab” (2004); 2004-cü ildə Gürcüstan azərbaycanlılarının ədəbiyyatı və tarixinin tədqiqindəki xidmətlərinə görə “Borçalı” mükafatına layiq görülüb. Gürcüstan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi, tərcüməçi (1978-1984); “Gürcüstan” (“Sovet Gürcüstanı”) qəzeti, müxbir, şöbə müdiri (1984-2006); “Azərbaycan” (Bakı) qəzeti, Gürcüstan təmsilçisi (1994-1997); Tbilisi Humanitar Universiteti, ortaq professor (1999-2004); Tbilisi Dövlət Universiteti Kvemo-Kartli Filialı, tam (Full) Professor (2004-2006); Tbilisi Dövlət Pedaqoji Universitetində çalışmışdır (Marneuli) (2005-2006); Türkiyənin Kafkas Universitetində işləmişdir (2007-2010); Heydər Əliyev Gürcüstan Azərbaycan Tədris Universitetində çalışmışdır (2010); Türkiyənin Ardahan Universitetində işləmişdir (2010-2011); Müxtəlif beynəlxalq elmi toplantılarda 7 məruzə ilə çıxış etmişdir.

(Visited 2 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

© 2021 - Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi. Müəllif hüquqları qorunur. by .