Mahmudov Elmxan Nadir oğlu

20 aprel 1947-ci ildə Gürcüstanda anadan olub. 1970-ci ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsini bitirib. Hal-hazırda Türkiyədə yaşayır. İstanbul Texniki Universitetinin Fənn-Ədəbiyyat fakültəsinin Riyaziyyat kafedrasında çalışır. Elmi sahəsi: Riyaziyyat. Elmi-tədqiqat fəaliyyəti dövründə aşağıdakı elmi istiqamətlərdə fundamental nəticələr əldə etmişdir: Lokal qoşma LAM və resessiv konuslarla verilən qoşma (lokal deyil) inikaslar arasındakı bağlantı; Qabarıq çoxluq dəyərli inikaslar üçün Hamilton fünksiyaları ilə verilən ikililik teoremləri; Polihedral inikaslarla verilən optimal idarəetmə problemlərində keçidlərin sayının sonluluğu teoremlərinin isbatı; t1-transversallıq şərtləri altında adi törəməli diferensial daxiletmələrlə ifadə olunan Bolza problemləri üçün Euler-Lagrange qoşma sistemi ilə verilən yeni kafi şərtlərin isbatı; Yüksək mərtəbədən diferensial daxiletmələrlə verilən yeni optimal idarəetmə problemlərində optimallaşdırma; Çoxluq dəyərli inikaslarla verilən adi və xüsusi törəməli (elliptik, parabolik və hiperbolik tip) diferensial  daxiletmələrin optimallaşdırılması; Elliptik operatorlarla verilən xüsusi törəməli diferensial daxiletmələrin optimallaşdırılması; Diskret və diskret-apraksimasiyalı problemlər arasında körpü rolunu oynayan Ekvivalentlik nəticələri; Qabarıq analiz, aproksimasiya nəzəriyyəsi, riyazi iqtisadiyyat, optimal idarəetmə nəzəriyyəsi və onların ikili problemlərinə aid çox saylı elmi əsərlərindən 50-dən çoxu keçmiş Sovetlər İttifaqı daxil olmaqla, ABŞ və Avropanın yüksək səviyyəli, nüfuzlu SCİ-lı (Science indeksli) jurnallarında (”Optimization”, “Mathematical Analysis and Applications”, “Journal of Global Optimization”, “Nonlinear Analysis & Theory Methods and Applications”,  ”Journal of Dynamical and Control Systems”, “Advances in Difference Equations”, ”Automat Remote Control”, “Доклады СССР”, “Siberian Mathematical Journal”, “Differential Equations”, “Optimization Letters”, “Nonlinear Differential Equations and Applications”, “Applicable Analysis”, “Pacific Journal of Optimization”, JNCA, “Applied Mathematics and Computation”, “Numerical Functional Analysis and Optimization” və s.) çap edilmişdir; 100-dən çox elmi əsər, 2 monoqrafiya və 4 kitabın müəllifidir; Kitabları: 1) Mathematical Analysis and its Applications – Papatya, 2002, ISBN:9789756797221, 392p.; 2) Approximation and Optimization of Discrete and Differential Inclusions, 2011, Elsevier, USA, ISBN: 9789756797221, 396p. (Kitab Xocalı soyqırımı şəhidlərinə ithaf olunmuşdur); 3) Optimization of Ordinary Differential Inclusions and Duality, ISBN: 978-3-8443-9306-4 Academic Press, Germany, 2013, 246 p.; 4) Single Variable Differential and Integral Calculus Mathematical Analysis, Atlantis Press, Springer, France, Paris, 2013, ISBN: 9789491216855, 373 p. PhD – Ukrayna Elmlər Akademiyası, V.M. Qluşkov adına Kibernetika institutu, Riyazi Kibernetika; Fizika-riyaziyyat üzrə elmlər doktoru – Taras Şevçenko adına Kiyev Dövlət Universiteti; Dünyanın nüfuzlu elmi mərkəzlərində elmi nəticələri haqqında – Banax adına Beynəlxalq Riyaziyyat Mərkəzində, Polşada, Almanyada, İngiltərədə, İsveçrədə, Fransada, İtaliyada, Avstriyada, Türkiyədə, ABŞ və keçmiş Sovetlər Birliyində Beynəlxalq konfraslarda, simpoziumlarda məruzələrlə çıxış etmişdir; AMEA-nın İdarəetmə Sistemləri İnstitutu, Bakı, Azərbaycan (1980-1995); Aşağıdakı beynəlxalq jurnalların redaksiya heyyətlərinin üzvüdür: “Advances in Pure Mathematics” (APM); “International Journal of Advanced Mathematical Sciences” (IJAMS); “Science Journal of Applied Mathematyics and Statistics”; “European Journal of Pure and Applied Mathematics”; “Asian Journal of Mathematics and Applications”; Elmi-pedoqoji fəaliyyəti aşağıdaki universitetlərlə bağlıdır: Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan (1980-1985); Xəzər Universiteti, Bakı, Azərbaycan (1994); İstanbul Universiteti, İstanbul, Türkiyə (1995-2007); Yeddi Təpə Universiteti, İstanbul, Türkiyə (2007); Arel Universiteti, İstanbul, Türkiyə (2007); 2007-ci ildən İstanbul Texnik Universitetində elmi- pedoqoji fəaliyyəti göstərir. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *