Mahmudov Zakir Əli oğlu

31 dekabr 1947-ci ildə Azərbaycan Respublikasının Gədəbəy rayonunun Arıxdam kəndində anadan olub. 1971-ci ildə N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunu (indiki Azərbaycan Tibb Universiteti) bitirib. Hal-hazırda Rusiyada yaşayır. 2002-ci ildən A.İ. Yevdokimov adına Moskva Dövlət Tibbi Stomatologiya Universitetinin (MDTSU) İnsan anatomiyası kafedrasında işləyir. Elmi sahəsi: Tibb elmləri. “Yaşlı insanda mezenteriumlu üst limfatik düyünlərin anatomiya və topoqrafiyası” mövzusunda fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib (1981); İ.M. Seçenov adına Moskva Tibb Akademiyasının (indiki İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti) ixtisaslaşdırılmış şurasında “insan anatomiyası” ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edib (2004); Yoğun bağırsağın ileosekal bölməsinin orqandaxili kiçik vəzilərinin anatomiyası sahəsində elmi araşdırmalar aparır. MDSTU-da vəzifə borcunun nümunəvi icrası və qüsursuz işinə görə rektorluğun fəxri fərmanı ilə təltif olunub. Kənd sahə xəstəxanasında pediatr, uşaq cərrahı, baş həkim vəzifələrində çalışıb (1971-1976); Azərbaycan Tibb İnstitutunda insan anatomiyası fənnindən dərs deyib (1979-1995); İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin nəzdində doktorantura təhsili alıb, sonradan həmin institutda insan anatomiyası fənnindən dərs deyib (1984-1986); Rusiya Xalqlar Dostluğu Universitetinin tibb fakültəsinin insan anatomiyası kafedrasının dosenti (1995-2002); Rusiya Tibb Elmləri Akademiyasının  Elmi-Tədqiqat İnsan Morfologiyası İnstitutunun böyük elmi işçisi (2002-2004); Moskva Dövlət Tibbi Stomatologiya Universitetinin (MDTSU) insan anatomiyası kafedrasının muzeyinə rəhbərlik edir; Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvüdür; 2002-ci ildən MDTSU-da İnsan anatomiyası kafedrasında işləyir. 

(Visited 1 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

© 2021 - Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi. Müəllif hüquqları qorunur. by .