Mehdiyev Cəmaləddin İsa oğlu

23 noyabr 1956-cı ildə Azərbaycan Respublikasının Qasım İsmayılov (indiki Goranboy) rayonunun Səfikürd kəndində anadan olub. 1981-ci ildə N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunu (indiki Azərbaycan Tibb Universiteti) bitirib. Hal-hazırda Rusiyada yaşayır. Başqırdıstan Dövlət Tibb İnstitunda (BDTİ) çalışır. Elmi sahəsi: Tibb elmləri. Tibb elmləri doktoru, professor; Elmi fəaliyyəti abdominal cərrahiyyə, koloproktologiya və cərrahi infeksiyaların problemlərinə, az-invaziv texnologiyaların tətbiqi ilə yoğun bağırsağın divertikulyar xəstəliyi, bağırsaq keçməzliyi, xroniki kolostazlar, babasil və öd daşının müalicəsinə həsr edilib; 349-dan çox elmi məqalə və tezis, 6 monoqrafiya, 14 tədris vəsaiti, 1 faydalı modelin müəllifidir, ixtiraya görə 8 patent, 4 müəllif şəhadətnaməsinin sahibidir, habelə onun 64 səmərəli təklifi tətbiq edilib. 3 elmlər doktoru hazırlayıb. Rusiya Federasiyası Səhiyyə Nazirliyinin “Əhaliyə tibbi yardımın göstərilməsi işində əldə etdiyi uğurlara görə” fərmanı; 2013-cü ildə “Ən yaxşı həkim” XII Respublika Müsabiqəsində “Ən yaxşı cərrah” nominasiyasının qalibi olmuşdur.

Başqırdıstanın Kumertau şəhərində mərkəzi rayon xəstəxanasında işləyib (1988); Ufada 21 nömrəli xəstəxanada çalışıb (1989-cu ildən); Təcili Tibbi Yardım Xəstəxanasında (TTYX) bölmə müdiri (1991-ci ildən), eyni vaxtda 1994-cü ildən BDTU-nun müəllimi, sonralar isə professoru olub; İştirakı ilə yoğun bağırsaq xəstəliklərinin müalicə üsulları, mədə fistulalarının ölçülməsi üçün qurğu, bağlı yaraların drenajlanması, dərman maddələrinin yeridilməsi, yarılma dərinliyi verilmiş cərrah bıçağı və s. işlənib hazırlanıb; TTYX-da Ümumi cərrahiyyə və koloproktologiya bölməsinin müdiridir; 2001-ci ildən Başqırdıstan Respublikasının Əməkdar həkimidir. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *