Mehdiyev (Çaxmaqlı) Qafar Qələndər oğlu

16 avqust 1956-cı ildə Ermənistan SSR Amasiya rayonunun Çaxmaq kəndində anadan olub. 1980-ci ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Jurnalistika fakültəsini btirib. Hal-hazırda Türkiyədə yaşayır. “Azərbaycan ordusu” qəzetinin xüsusi müxbiri; Ərciyəs Universiteti, Ermənişünaslıq bölməsinin rəhbəridi. Elmi sahəsi: Siyasi elmləri. Siyasi elmlər üzrə fəlsəfə doktoru (2003); 100-dən çox elmi məqaləsi çap edilmişdir. “Qızıl qələm”, “Dan ulduzu”, “Ustad” mükafatları; 2005-ci ildə “Tərəqqi” medalına layiq görülüb. “Kommunist” (ermənicə) qəzetində müxbir kimi fəaliyyətə başlayıb, daha sonra baş müxbir və bölgə müxbiri kimi fəaliyyət göstərib (1980-1989); “Vətən səsi” (1990-1991) və “Xalq qəzeti”ndə (1991-1992) məsul katib, “Millət” (1992-1993), “Yeni Azərbaycan” (1993), “Vətəndaş” (1993-1995), “Avrasiya” (1995-1996) və “Respublika” (1996-1999) qəzetlərinin redaktoru və baş redaktoru olub; Türkiyə Strateji Araşdırmalar Mərkəzində tədqiqatçı (1999-2000); Bakı Dövlət Universitetinin (BDU) Mətbuat Xidmətinin rəhbəri (2000-2006); BDU-nun Jurnalistika fakültəsində dərs deyib (2003); Araşdırmaçı Jurnalistlər Liqasının sədri, “Yeni Avrasiya” qəzetinin baş redaktoru, “Ekspress” qəzetinin köşə yazarıdır (2004-cü ildən); MAJL Ermənişünaslıq Mərkəzinin rəhbəri kimi bu sahədə aparılan tədqiqatların sistemli şəkil almasına çalışır (2007); Tədqiqatçı kimi beynəlxalq elmi konfranslarda çıxış edir.

(Visited 2 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

© 2021 - Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi. Müəllif hüquqları qorunur. by .