Mehdiyev Vurğun Heybət oğlu

12 may 1962-ci ildə Azərbaycan Respublikasının Lənkaran rayonunun Girdənli kəndində anadan olub. 1990-cı ildə Xabarovsk Dövlət Pedaqoji İnstitutunu (indiki Uzaq Şərq Dövlət Humanitar Universiteti) bitirib. Hal-hazırda Rusiyada yaşayır. Uzaq Şərq Dövlət Humanitar Universitetinin Ədəbiyyat və jurnalistika kafedrasında çalışır. Elmi sahəsi: Filologiya elmləri. Filologiya elmləri doktoru (Moskva, 2005); Professor (2010); 100-dək elmi iş, o cümlədən monoqrafiyalar, məktəb və ali məktəb dərslikləri, 2 dərs vəsaitinin müəllifidir; Harbində rus mühacirətinin ədəbi-tənqidi irsinin, Rusiya Uzaq Şərqində müasir ədəbi prosesin öyrənilməsi ilə məşğul olur. Elmi və pedaqoji fəaliyyətinə görə təşəkkürnamələr, mükafatlar təqdim olunub; 2006-cı ildə Rusiya Federasiyası Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif edilib. Rus klassik ədəbiyyatı, ədəbiyyat nəzəriyyəsi, habelə humanitar problemlər sahəsində mütəxəssisdir; “Dalnıy Vostok” jurnalında məqalələri dərc edilir; Elmi redaktəsi ilə 2005-ci ildə Xabarovsk Diyarı Təhsil Nazirliyinin qrifi altında Uzaq Şərq ədəbiyyatı dərsliyi çap olunub, məktəb və ali məktəb təhsilində geniş istifadə edilir; Dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış şuranın (Uzaq Şərq Federal Universiteti, Vladivostok) üzvü, rus ədəbiyyatı problemlərinə həsr edilən ənənəvi beynəlxalq və Rusiya konfranslarının təşkilat komitələrinin üzvüdür; Rəhbərliyi ilə 3 magistr və 2 fəlsəfə doktorluğu dissertasiyası yazılıb və müdafiə edilib; Müxtəlif illərdə Çində (Harbin) mühazirələr deyib, Heyluntszyan Universitetinin Rus Dili və Ədəbiyyatı İnstitutuna (Harbin), Bakı Slavyan Universitetinə dəvət edilib; 2000-ci ildən Xabarovsk Dövlət Pedaqoji İnstitutunun Ədəbiyyat kafedrasının (indiki Uzaq Şərq Dövlət Humanitar Universitetinin Ədəbiyyat və jurnalistika kafedrası) müdiridir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *