Mirzəyev Arif Abdulla oğlu

10 aprel 1944-cü ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub. Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını (indiki Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyası) bitirib. Hal-hazırda Almaniyada yaşayır. Elmi sahəsi: Sənətşünasıq. Ornamental-muğam, xoral və polifonik variasiyalar formasında Şərq polifonik solo orqan musiqisi yazan ilk azərbaycanlıdır, 1992-ci ildə dünya musiqi ədəbiyyatında ilk İslam matəm musiqisi “Yanvar passionu” nu (Yanvar mərsiyələri) bəstələyib; Bəstəkar, orqançı, pianoçudur. “İ.S. Baxın xatirəsinə orqan simfoniyası” və “Yanvar passionu” İslam matəm messasına görə musiqi sənəti sahəsində Rusiya Federasiyasının Dövlət Mükafatına layiq görülüb (2000 və 2002); MDB ölkələri mədəniyyət və incəsənət xadimləri arasında “İohann Sebastyan Baxın varisləri” beynəlxalq xatirə gümüş medalı ilə təltif edilmiş (Ayzenax, Almaniya, 1994) ilk şəxsdir; RF Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin fəxri fərmanları ilə təltif edilib; 2011-ci ildə “Azərbaycanın Əməkdar Artisti” fəxri adına layiq görülüb. Rusiya və Azərbaycan Bəstəkarlar ittifaqlarının üzvüdür (1979-cu ildən); “İ.S. Bax adına Yeni Beynəlxalq Musiqi Cəmiyyəti” nin (Almaniya, Leypsiq) üzvüdür (1994-cü ildən); Avropa Bəstəkarlar və Orqançılar Assosiasiyasının üzvüdür (2006-cı ildən); Avropa Azərbaycanlıları Konqresinin (Berlin Əlaqələndirmə Mərkəzi) fəxri üzvüdür.

(Visited 6 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

© 2021 - Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi. Müəllif hüquqları qorunur. by .