Nəbiyev Vasif Vaqif oğlu

1 fevral 1963-cü ildə Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olub. Sankt-Peterburq Dövlət Elektrotexnika Universiteti; Moskva Mədən Texnika Universitetini bitirib. Hal-hazırda Türkiyədə yaşayır. Qaradəniz Texniki Universitetinin Kompüter mühəndisliyi bölməsində çalışır. Elmi sahəsi: Riyaziyyat. Texnika üzrə fəlsəfə doktoru, dosent (2007); 200-dən çox məqalə (beynəlxalq bazalarda indeksləşən jurnallarda 100-dən çox məqalə), 12 kitab və 12 layihənin müəllifidir; h-indeksi 12, h-10 indeksi 14; Elmi məqalələrinə 600-dən çox istinad olunmuşdur.

Albert Nelson Marquis Lifetime Achievement mükafatı (2017); Qaradəniz Texniki Universiteti elmi araşdırmalarına görə mükafat (2015); Türkiyə İnformasiya Dərnəyi xidmətə görə mükafat (2013); Qaradəniz Texniki Universiteti, Uğurlu Xarici Dil Təlimi mükafatı (2010); Microsoft “Imagine Cup” yarışması ikinciliyi (2012); SİU ən yaxşı məqalə mükafatı, (doktoranturası ilə birlikdə) (2012); Təhsildə Üstün Müvəffəqiyyətə görə Qızıl Medalı (1979); TÜBİTAK təşviqat mükafatı (2007-2017). Erciyes Universiteti, Fırat Universiteti, İzmir Universiteti, R.T. Ərdoğan Universiteti, Kuban Universiteti, Azərbaycan Texniki Universiteti, Qaradəniz Texniki Universiteti və s. universitetlərdən təşəkkürnamə; Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan tərəfindən Türk elminə xidmətlərinə görə təşəkkürü (2014); 1079-cu ildə Azərbaycan prezidenti Heydər Əliyev tərəfindən ən yüksək balla Sankt-Peterburq Dövlət Universitetini qazandığı üçün təşəkkürnamə ilə təltif edilib. Gəncənin Azərbaycan Texnologiya Universiteti (1991-1996, 2007); Rəhbərliyi ilə 5 doktor, 17 magistr hazırlanıb; Müxtəlif illərdə Türkiyə akademik qiymətini almışdır; (2010-2013) Qaradəniz Texniki Universiteti, Kompüter mühəndisliyi kafedrasının müdiri, professor vəzifəsində işləyib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *