Nemətzadə Əflatun Mütəllim oğlu

25 aprel 1944-cü ildə Azərbaycan Respublikasının Astara rayonunun Ərçivan kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutu (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti), Teatr bölümü (1967); (1970-1975) Leninqrad (indiki Sankt-Peterburq) Rimski-Korsakov Dövlət Konservatoriyasının Opera rejissorluğu fakültəsini bitirib. Hal-hazırda Türkiyədə yaşayır. 2003-cü ildən bəri Qazi Universitetinin Gözəl sənətlər fakültəsində çalışır. Elmi sahəsi: Sənətşünaslıq. Sənətşünaslıq üzrə fəlsəfə doktoru; Sənətşünaslıq üzrə elmlər doktoru; Gürcüstan İncəsənət Universiteti, incəsənət üzrə elmlər doktoru; Professor (2006); 100-dən çox elmi məqaləsi və şeirləri Azərbaycan, Rusiya, Yəmən, Misir, Türkiyə və Polşada çap olunmuşdur. “Əməkdar incəsənət xadimi” fəxri adı; “TÜRKSOY-un 20-ci ili” yubiley medalı; Türk dünyasına yüksək xidmətlərinə görə “Üstün Qızıl Medalı” ilə təltif olunmuşdur. Musiqili Komediya Teatrında aktyor kimi çalışmışdır (1962-1967); Moskvada Böyük Opera və Balet teatrında dünyaca məşhur Boris Pokrovskinin yanında rejissor köməkçisi işləmişdir (1976); Yəmən Xalq Respublikasında işləməyə göndərilən rejissor Adendə Dövlət Milli Musiqi Teatrının əsasını qoymuşdur (1980); Bakı Dövlət Opera və Balet teatrında bir çox operaların rejissoru olmuşdur (1984-1992); Ankara Dövlət Opera və Balet teatrına dəvət olunmuş, sonra Mersin Dövlət Opera və Balet Teatrında rejissor kimi fəaliyyətə başlamışdır (1991); Bilkənt Universiteti, Teatr bölümündə müdir müavini işləmişdir (1995-2002); Türkiyə Universitetlərarası Qurumda dosent vəzifəsində çalışmışdır (2000); “İl” qəzetinin köşə yazarı, Yeni Azərbaycan Yardımlaşma və Kültür Dərnəyinin başqanı, eyni zamanda azərbaycanlılar və digər Türk Xalqlarının Əməkdaşlıq Mərkəzinin Türkiyə təmsilçisidir.

(Visited 7 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

© 2021 - Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi. Müəllif hüquqları qorunur. by .