Məmmədov Vahid Abdulla oğlu

1 iyul 1959-cu ildə Azərbaycan Respublikasının Zaqatala rayonunun Lahıc kәndində anadan olub. 1981-ci ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti), Kimya fakültәsini bitirib. Hal-hazırda Rusiyada yaşayr. Rusiya Elmlər Akademiyasının Kazan Elmi Mərkəzi, A.E.Arbuzov adına Üzvi və Fiziki-Kimya İnstitutunda çalışır. Elmi sahəsi: Kimya. “α-xlor ketonların sintezi və xassələri” mövzusunda fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib (1989); “Alfa, alfa-dixlorkarbonil birləşmə aldehid (keton, azometin) əsas sistemində reaksiyalar” mövzusunda elmlər doktorluğu dissertasiyasını müdafiə edib (1999); Heterosiklik birləşmələr kimyası sahəsində 180-dən çox elmi əsəri çap olunub; 2012-ci ildə Kəşf etdiyi və “Mamedov Heterocycle Rearrangement” adlanan pereqruplaşma A. Hassner və L. Namboothirinin “Organic syntheses based on name reactions (Third edition)” (Elsevier Science, 2012) monoqrafiyasına daxil edilmişdir. 2014-cü ildə Tatarıstan Respublikası, elm və texnika sahəsində Dövlət mükafatına layiq görülüb. AMEA Fizika İnstitutu və Neft-Kimya Prosesləri İnstitutunda çalışıb (1981-1985); SSRİ Elmlər Akademiyasının Kazan filialının (indiki Rusiya Elmlər Akademiyasının Kazan Elmi Mərkəzi) A.E. Arbuzov adına Üzvi və Fiziki-Kimya İnstitutunda aspirantura təhsili alıb (1985); Yaponiyanın Okoyama Universitetində postdok kimi professor Sadao Suboyun yanında təcrübə keçib və təcrübə zamanı yapon həmkarları ilə birlikdə şiş əleyhinə müasir preparatlar olan C-13 yan zəncirli taksol və doketaksolun sintezinə yanaşma üsulunun işlənməsi ilə məşğul olub (1997-1998); Rusiya Elmlər Akademiyasının Kazan Elmi Mərkəzinin A.E. Arbuzov adına Üzvi və Fiziki-Kimya İnstitutunun “Heterosiklik birləşmələr” laboratoriyasının müdiri (2002); Beynəlxalq konfranslarda (Latviya, Hollandiya, ABŞ, Yaponiya, Almaniya, İtaliya, Ukrayna, Belçika, Norveç) elmi mәruzәlәrlә çıxış edib; Yaponiyanın Osaki, Tokio, Okoyama, Kioto, Kobe universitetlәrindә dәvәt olunmuş professor kimi “Heterosikllər asimmetrik sintezdə induktor kimi” adlı məruzə ilə çıxış edib (2000); Yaponiyanın Koçi, İvaki, Meisey, Kitasato, Osaki universitetlərində mühazirələr oxumuşdur (2008); A.M. Butlerov adına Kimya İnstitutunun Üzvi kimya kafedrasında və Kazan (Bivoljsk) Federal Universitetində “Heterosikllərin kimyasının nəzəri əsasları”, “Heterosiklik birləşmələr sistemində məntiq” adlı xüsusi kurslar və Kazan Milli Tədqiqat Texnoloji Universitetinin üzvi kimya kafedrasında “Üzvi kimya” və “Üzvi birləşmələrin reaksiya qabiliyyətləri” adlı ümumi kurslardan mühazirələr oxuyur; 12 fəlsəfə doktoru hazırlamışdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *