Məmmədzadə Həmid Rza oğlu

1924-cü ildə İran İslam Respublikasının Təbriz şəhərində anadan olub, 1965-ci ildə vəfat edib. Təbriz Universitetinin Tarix və ədəbiyyat şöbəsində təhsil alıb. Almaniyada dəfn olub. Elmi sahəsi: Filologiya elmləri.  İlk məqalələrini Təbrizdə “Azad millət”, “Cavanlar” qəzetlərində çap etdirib (1946); “İnqilabçı, jurnalist, yazıçı Pişəvəri (həyatı, mühiti, yaradıcılığı)” mövzusunda elmi iş yazaraq fılologiya elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır; “Axundov və Şərq” mövzusunda filologiya üzrə elmlər doktoru dissertasiyasını müdafiə edib; Azərbaycan əsilli İran yazıçısı, ədəbiyyatşünasdır. Təbrizin nüfuzlu təhsil ocaqlarından hesab olunan Darül-müəllimində təhsil almışdır (1942); Ərdəbilin “Səfəvi”, “Puranduxt” və “Sənan” adlı məktəblərində pedaqoji fəaliyyəti iki il davam etmişdir; 21 Azər hərəkatının xəyanət nəticəsində yatırılmasından sonra bir çox döyüş və mübarizə dostları kimi Bakıya köçüb (1946). Düşdüyü yeni mühit onun təhsilini davam etdirmək sahəsində yeni perspektivlər açıb. O, Azərbaycan Ali Partiya məktəbində, eyni zamanda S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Jurnalistika fakültəsində təhsilini davam etdirib; Azərbaycan Elmlər Akademiyası Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasında (doktorantura) təhsil alıb; Nizami adına Azərbaycan Ədəbiyyatı muzeyində Elmi fondlar şöbəsinin müdiri, Yaxın və Orta Şərq Xalqları İnstitutunun İran filologiyası şöbəsinin böyük elmi işçisi vəzifələrində işləyib; Publisistik yaradıcılığa 1946-cı ildə Təbrizdə nəşr edilən “Azad millət” və “Cavanlar” qəzetlərində çıxan məqalələri ilə başlamışdır. İlk hekayələri isə “Pioner” və “Azərbaycan” jumallarında dərc olunmuşdur; Uzun müddət Azərbaycan dilində nəşr edilən “Varlıq” dərgisi ilə əməkdaşlıq etmiş, “Yol” adlı ədəbi, ictimai-siyasi jurnalın təsisçilərindən biri olmuşdur; Cənubi Azərbaycan Yazıçılar Cəmiyyəti idarə heyətinin üzvi olmuşdur (1947-ci ildən); Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuşdur (1958-ci ildən); Təbriz Universitetinin Tarix və ədəbiyyat şöbəsində fəaliyyət göstərmişdir.

(Visited 6 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

© 2021 - Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi. Müəllif hüquqları qorunur. by .