Mikayılov Faiq Ələkbər oğlu

2 oktyabr 1966-cı ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub. S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirib. Hal-hazrda Tükiyədə yaşayır. Gəbzə Texniki Universitetinin Fizika fakültəsindı çalışır. Elmi sahəsi: Fizika. 80 elmi məqalənin (60 SCI jurnallarında, 20-si diğər jurnallarda), 7 kitab (5 kitab Avropada, 2 kitab Türkiyədə), 75 konfrans tezisinin müəllifidir; Rəhbərliyi altında 5 fəlsəfə doktoru, 9 magistr müdafiə etmişdir; TÜBİTAK (Türkiyə Elmi-Texnoloji Tədqiqat İdarəsi) tərəfindən maliyyələşdirilmiş 2 elmi-tədqiqat layihəsinin (qrant) müəllifidir; h-indeksi 14-ə barabərdir. Azərbaycan Elmlər Akademiyası, Fizika İnstitutu, assistent (1988-1992), elmi işçi (1992-2000); Abant İzzet Baysal Universiteti, Fənn-ədəbiyyat fakültəsi, Fizika bölməsi, dəvətli tədqiqatçı (1994-1995); TÜBİTAK Marmara Araşdırma Mərkəzi və Milli Elektronik və Kriptoloji Araşdırma İnstitutu, ekspert tədqiqatçı (1996-1998); Uludağ Universiteti, Fənn fakültəsi, Fizika bölməsi, köməkçi dosent (1998-1999); Azərbaycan Milli Elmlər Akademiyası, Fizika İnstitutu, dosent (2000); Gəbzə Yüksək Texnologiya Universiteti, Fizika fakültəsi, köməkçi dosent (2002-2003), dosent (2004-2008), professor (2009-cu ildən); Ümumi fizika, nəzəri fizika, bərk cisimlər fizikası sahəsində çoxsaylı fənlərdən mühazirələr oxumuşdur; Türkiyədə 7 beynəlxalq elmi konfransın təşkılatçısıdır; “Springer Verlag”, “Kluwer Science”, “World Scientific”, “Elsevier” elmi nəşriyyatlarında redaktorluq və resenzentlik edir.

(Visited 3 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

© 2021 - Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi. Müəllif hüquqları qorunur. by .