Mirzəbəyov Andrey Daryeviç

1937-ci ildə Azərbayan Respublikasının Bakı şəhərində anadan olub, 13 iyul 2003-cü ildə vəfat edib. Rusiya Elmlər Akademiyasının (REA) V.A. Engelqardt adına Molekulyar Biologiya İnstitutunu bitirib. Elmi sahəsi: Biologiya elmləri. 300-dən çox çap olunmuş elmi işin və ixtiranın müəllifidir; Molekulyar biologiya sahəsində görkəmli alimdir; Rəhbərliyi ilə 35-dən çox fəlsəfə doktorluğu və 3 elmlər doktorluğu dissertasiyası müdafiə olunmuşdur. Valinli RNK-nın ilkin strukturunun qurulması üzrə elmi işdə iştirakına görə Dövlət mükafatına layiq görülmüşdür (1969); Avropa Cəmiyyəti Federasiyasının mükafatına və medallarına layiq görülmüşdür (1978); Qırmızı əmək bayrağı ordeninə layiq görülmüşdür (1981); Şərəf nişanı ordeninə layiq görülmüşdür (1999); Xromatin üzrə tədqiqatlara görə REA V.A. Engelqardt adına qızıl medalla təltif edilmişdir (1999); 2000-ci ildə Valensiya Fundamental Tədqiqatlar Akademiyası Zati Aliləri Kral Həzrətləri Don I Xuan Karlosun fəxri sədrliyi ilə özünün fəxri üzvü seçmiş, nailiyyətlərinə görə medalla təltif etmişdir. Bioloji mikroçiplərin istehsalının orijinal texnologiyasının işlənməsi və təcrübədə tətbiqi üzrə işlər Molekulyar Biologiya İnstitutunun Arqon Milli laboratoriyası (ABŞ) ilə birlikdə aparılmışdır (1995-2001); 25 ildən çox Bioloji Mikroçiplər Mərkəzinə rəhbərlik etmişdir; Alimin elmi-pedaqoji fəaliyyətinə Moskva Fizika-Texnika İnstitutunda Molekulyar biofizika kafedrasına 10 illik rəhbərliyi də daxildir; Avropa Akademiyasının (1990), Almaniya Elmlər Akademiyasının (1999) üzvü seçilmişdir; Qreqora Mendel adına Leopoldin Akademiyasının vitse-prezidenti olmuşdur (1989); Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri üzvü seçilmişdir (2002); Rusiya Elmlər Akademiyasının V.A. Engelqardt adına Molekulyar Biologiya İnstitutunun direktoru olmuşdur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *