Mövsümzadə Eldar Mirsəməd oğlu

8 sentyabr 1948-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub. 1968-ci ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) bitirib. Ha-hazırda Rusiyada yaşayır. Ufa Dövlət Neft Texniki Universitetinin (UDNTU) Ümumi və analitik kimya kafedrası, Rusiya Təhsil Akademiyası (RTA) Şimal, Sibir və Uzaq Şərq Yerli Xalqlarının Təhsil İnstitutunda çalışır. Elmi sahəsi: Kimaya. Kimya üzrə fəlsəfə doktoru (1970); Kimya üzrə elmlər doktoru (1983), professor; 30 monoqrafiya, 34 müəlliflik şəhadətnaməsi və patentin, yerli və xarici jurnallarda çap olunmuş 200-dən çox elmi məqalənin müəllifidir. SSRİ iqtisadi nailiyyətləri sərgisinin gümüş və bürünc medalı (1985, 1988); “Başqırdıstan Respublikasının elm xadimi” (1998); Elm və Texnologiya Rusiya Federasiyası dövlət mükafatı laureatı (2006); Təhsil sahəsində Rusiya Federasiyası dövlət mükafatı laureatı (2007); “Rusiyanın Əməkdar elm xadimi” (2009); Rusiya Təhsil Akademiyasının müxbir üzvü (2009); Təhsil sahəsində Rusiya Federasiyası dövlət mükafatı laureatı (2011); 1999-cu ildə “Rusiya Federasiyasının ali təhsilli əməkdar əməkdaşı” mükafatına layiq görülüb. ANKİ Neft-Kimya sintezi kafedrası, assistent (1968-1972), kiçik elmi işçi (1972-1973), baş elmi işçi (1973-1984); ANKİ Kimya və Texnologiya fakültəsinin elmi tədqiqat üzrə dekan müavini (1978-1983); ANKİ Ümumi Kimya kafedrası, professor (1984-1986), müdir (1986-1993); ANKİ-nin elmi işlər üzrə prorektoru (1989-1993); UDNTU, Ümumi və analitik kimya kafedrasının professoru (1993); Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, “Ümumi Kimya” kafedrası, professor (1993); Zərif Üzvi Sintez Elmi Tədqiqat İnstitutunun (indiki RF Təhsil Nazirliyi Aztonajlı Kimyəvi məhsullar və reaktivlər İnstitutu) elmi işlər üzrə direktor müavini (1993-2001); Beynəlxalq Ekologiya, İnsan və Təbiət Təhlükəsizliyi Akademiyasının üzvü (1996); Rusiya Təbiət Elmləri Akademiyasının üzvü (1997); RTA Şimal, Sibir və Uzaq Şərq Yerli Xalqlarının Təhsil İnstitutunun direktoru; RTA-nın müxbir üzvüdür.

(Visited 4 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

© 2021 - Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi. Müəllif hüquqları qorunur. by .