Muradov Nazim Zirəddin oğlu

5 iyun 1947-ci ildə Azərbaycan Respublikasının Qazax rayonunda anadan olub. M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Kimya-texnologiya fakültəsini bitirib. Hal-hazırda ABŞ’da yaşayır. Mərkəzi Florida Universitetinin Florida Günəş Enerjisi Mərkəzində çalışır. Elmi sahəsi: Kimya. Rusiya Elmlər Akademiyasının Fiziki-Kimya İnstitutunda kimya üzrə fəlsəfə doktoru (1975) və kimya elmləri doktoru (1990) elmi dərəcələrini almışdır; 2 kitabın, 200-ə yaxın elmi məqalə və ensiklopediya məqalələrinin müəllifidir; Alternativ yanacaq və ətraf mühitin təmizlənməsi sahələri üzrə 50 patentləşdirilmiş kəşfin müəllifi və həmmüəllifidir. İlin mükafatı, Seçkin Araşdırmaçı (UCF İnstitut&Centers, 1996); Tədqiqat Təşviq mükafatı (UCF, 2003); Hidrogen Enerjisi üzrə Beynəlxalq Assosiasiya, təqaüdçü (2010); Araşdırma mükafatı (UCF İnstitut&Centers, 2012); “R&D100” mükafatı (2014); Ən yaxşı məqalə mükafatı (Int. Conf. Hidrogen Production, Çin, 2016); Milli İxtiraçılar Akademiyası (2016); Azərbaycan Milli Elmlər Akademiyasının mükafatı (2016); Araşdırma mükafatına layiq görülüb (UCF İnstitut& Centers, 2017). ABŞ-ın Milli İxtiraçılar Akademiyasının üzvüdür; “Amerikada kim kimdir və elmdə kim kimdir?” ensiklopediyasında yer almışdır; AMEA Neft-Kimya Prosesləri İnstitutunda 15 ilə yaxın fəaliyyət göstərmişdir; Hidrogenin alınması və istifadə olunması ilə bağlı NASA ilə birgə bir sıra elmi araşdırma layihələri üzərində işləyir; ABŞ Müdafiə Nazirliyi tərəfindən maliyyələşdirilən elmi layihənin, həmçinin Qatarın Aparıcı Elmi Araşdırmalar Fondu tərəfindən maliyyələşdirilən sudan hidrogenin alınması üzrə layihənin əsas elmi rəhbəridir; Beynəlxalq Hidrogen Enerji Assosiasiyasının (IAHE) Direktorlar şurasının üzvüdür; Madrid Qabaqcıl Elmlər İnstitutunun elmi şurasının (IMDEA-Energia, İspaniya) üzvü və “Hidrogen Enerjisi” beynəlxalq jurnalının icraçı redaktorudur; Mərkəzi Florida Universitetinin Florida Günəş Enerjisi Mərkəzi, Hidrogen energetikası üzrə qrup rəhbəridir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *