Mürşüdov Qərib Novruz oğlu

19 dekabr 1962-ci ildə Azərbaycan Respublikasnın Şəmkir rayonunun Dəllər-Cəyir kəndində anadan olub. S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tətbiqi-riyaziyyat fakültəsini, Moskva Kristalloqrafiya İnstitutunu bitirib. Hal-hazırda Böyük Britaniyada yaşayır. Kembric MRC, Molekulyar Biologiya Tədqiqat İnstitutunda çalışır. Elmi sahəsi: Texniki elmləri.  Kompüter elmləri və müasir statistika üsullarının struktur biologiyasının tətbiqi; 90-dan çox elmi məqalə, bir neçə kitab və toplunun müəllifi və həmmüəllifidir. Məqalələrinə, o cümlədən proqramlarına olan istinadların sayı 20000-dən çoxdur; “Makromolekulyar rentgen kristalloqrafiyası və zülal verilənlər bankı: etibarlı informasiyanın toplanması və istifadəsi” kitabının müəllifidir. Bu kitab bioinformatika üzrə ən çox istinad olunan vəsaitlərdən biridir; “Google Scholar”da elmi işlərinə 32000-dən çox istinad olunub. “Welcome Trust Senior Fellowship” mükafatına layiq görülüb. Rusiya Kristalloqrafiya İnstitutunda çalışıb (1987-1993); Böyük Britaniyanın York Universitetində işləyib (1993-2011); Böyük Britaniyanın Kembric Universitetinə dəvət olunmuş ilk azərbaycanlı alimdir; AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Kompüter struktur biologiyası laboratoriyasının rəhbəridir; Dünyanın müxtəlif ölkələrində (ABŞ, Avropa, Yaponiya, Cənubi Amerika və s.) bioloji kristalloqrafiya və elektron mikroskopiyası üzrə kurslar təşkil edir; AMEA-nın magistraturasında “Struktur biologiyası üsulları” mövzusunda mühazirələr oxuyur; 2011-ci ildən MRC Molekulyar Biologiya Tədqiqat İnstitutunda, Kembricdə qrup rəhbəri kimi çalışır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *