Musayev Mehman Musa oğlu

14 avqust 1950-ci ildə Azərbayan Respublikasının Kürdəmir rayonunda anadan olub. 1972-ci ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) bitirib. Hal-hazırda Türkiyədə yaşayır. Qazi Universitetinin Fənn Ədəbiyyat fakültəsinin Çağdaş Türk Ləhcələri və Ədəbiyyatları Bölümündə çalışır. Elmi sahəsi: Filologiya elmləri. Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda elmlər doktorluğu dissertasiyasını müdafiə etmişdir (1975-1993); Professor (1995); Avrasiya türklərinin müqayisəli təhlili, türk dilində funksional qrammatika və mətn tərkibi, türk dilçilik tapşırıqları, yeni filoloji metodlarla türk dilində bədii mətnin araşdırılması, türk dili problemləri, perspektivləri, vəzifələri və s. mövzularda 200-ə yaxın elmi məqalə, “Azərbaycan dilinin funksional qrammatikası: morfologiyaya yeni baxışlar və leksematika”, “Türkologiya”, “Türk ədəbi dillərində mürəkkəb cümlə sintaksisi” və s. kimi 20-yə yaxın kitabın müəllifidir. Təqdirnamə, A.Ü. TÖMER (1994); Təşəkkür, T.C. Kültür Bakanlığı (1995); Təşəkkür, A.Ü. TÖMER (1995, 1998, 2000, 2002); Təşəkkür, Qazi Universiteti (1997); Təşəkkür, Türkmənistan Səfirliyi (1997); Təşəkkür, Ankara Universiteti (1999); Təşəkkür, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu (1999); Təşəkkür, TÜRKSOY (2002); Plaket, Əhməd Yasevi Universiteti, TÜRKSAV (2002); Plaket, ANAÇEV Anadolu Çağdaş Eğitim Vakfı (2003); Türkcə üzərinə Atatürk sözünün yazıldığı şilt, ATATÜRK Kültür, Dil və Tarix Yüksək Qurumu (2003); Təşəkkür, Türk Dil Qurumu (2003); Plaket, Ahmet Yasevi Universiteti, Türksav, Türk Dünyası Kültür Mərkəzi (2003); Plaket, İraq Tümken Cephesi, Türkiye Temsilciliği (2003); Dədə Qorqud Şilti, TÜRKSAV, Bayburt Bələdiyyəsi (2003); Qatılım və Təşəkkür, A.Ü. TÖMER Bəlgəsi (2004); Şükran Bəlgəsi, İraq Türkmən Cəbhəsi Türkiyə Təmsilçiliyi (2004); Təşəkkür, Gebze Bələdiyə Başkanlığı (2004); Uluslararası Türk Dili Qurultayı Katılım Bəlgəsi, Türk Dil Kurumu (2004); Təşəkkür Bəlgəsi, Türk Dil Kurumu (2005); Katılım Belgesi, Cumhuriyet Kültür ve Tanıtım Vakfı (2008); Katılım Belgesi, Hüseyin Gazi Kültür Sanat Vakfı Hüseyin Gazi Derneği (2009); Katılım Belgesi, Cumhuriyet Kültür ve Tanıtım Vakfı (2009); Teşekkür Belgesi, TÜRKSOY, Ankara Üniversitesi DTCF (2009); Teşekkür Belgesi,  TÜRKSOY, Gazi Üniversitesi, Türk Dil Kurumu (2009); Katılım Belgesi,  TÜRKSOY, Gazi Üniversitesi (2010); Teşekkür Belgesi,  Ankara ÜDTCF Çağdaş Türk Lehçeleri ve Edebiyatları Bölümü (2010); Katılım Belgesi,  Türk Dil Kurumu və Sakarya Universiteti (2010); Katılım Belgesi,  Bakı Slavyan Universiteti və Gazi Universiteti (2010); Teşekkür Belgesi, İhsan Doğramacı. Bilkent Universiteti (2011); Teşekkür Belgesi,  Türkmen Kültür Merkezi (2011); 2013-cü ildə Katılım Belgesi, Türk Kültürünü Araştırma Enstitütüsü mükafatına layiq görülmüşdür. Azərbaycan Respublikası Kürdəmir rayonu Yenikənd məktəbində müəllim kimi çalışmışdır (1972-1975); Moskvada SSRİ Elmlər Akademiyası Dilçilik İnstitutunda fəaliyyət göstərmişdir (1975-1979); Bakıda Elmlər Akademiyasında və Universitetlərdə Dilçilik və Türkologiyaya aid müxtəlif kurs və seminarlar təşkil etmişdir (1978-1992); Azərbaycan Respublikası Sumqayıt şəhərində müəllim işləmişdir (1993); Ankara Üniversiteti TÖMER Dil Öğretim Merkezi qonaq öğretim üyesi (1993-1995, 1997-2004); Türkiyə Cumhuriyyəti TİKA, Türk Dil Qurumu dil uzmanı (1995-1997); Ankara və Türkiyədə müxtəlif universitetlərdə türkologiyaya aid müxtəlif kurs və seminarlar təşkil etmişdir (1993-2004); TRT, TRT İNT Avrasiya proqramlarında, Türk Dünyasına və Türkologiyaya aid çıxışlar etmişdir (1993-2008); Bilkent Universiteti, İnsani Elmlər və Ədəbiyyat Fakültəsi (2005-2006); Qazi Universiteti, Ədəbiyyat Fakültəsi, Çağdaş Türk Ləhçələri və Ədəbiyyatları Bölümü (2006).

(Visited 1 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

© 2021 - Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi. Müəllif hüquqları qorunur. by .