Musayev Vyacheslav Qədir oğlu

8 may 1950-ci ildə Azərbayan Respublikasının Ağdaş rayonunda anadan olub. V.P. Çikalov adına Qorki Mühəndislik və İnşaat Mühəndisləri İnstitutunun (indiki Nijni Novqorod Dövlət Memarlıq və İnşaat Universiteti) “Sənaye və Mülki tikinti” ixtisasını bitirib. Hal-hazırda Rusiyada yaşayır. Rusiya Xalqlar Dostluğu Universitetinin (RXDU) Ekologiya fakültəsinin Ekoloji-iqtisadi sistemlərin idarə olunması kafedrasında çalışır. Elmi sahəsi: Texnika elmləri. V.V. Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutunda (MİMİ) aspirantura təhsili almış (1974-1979), “Elastiklik nəzəriyyəsinin yastı qeyri-stasionar dinamik məsələsinin həllinə son elementlər metodunun tətbiqi” mövzusunda fəlsəfə doktorluğu dissertasiyasını müdafiə etmişdir (1979); “İkiölçülü elastiklik və plastiklik nəzəriyyəsi tənlikləri ilə konstruksiyaların dinamik gərgin vəziyyətinin ədədi modelləşdirilməsi” mövzusunda elmlər doktorluğu dissertasiyasını müdafiə etmişdir (1993); Əsas elmi istiqamətlərinə zərbə, partlayış və seysmik təsirlər zamanı “Tikinti – bünövrə – torpaq – su – hava” sisteminin təhlükəsizliyinin riyazi modelləşdirilməsi və proqnozlaşdırılması aiddir. Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyasının (BEHFTA) Rəyasət Heyətinin qərarı ilə “Əməkdar elm xadimi” fəxri adı, “Alimin ulduzu” ordeni, M.B. Lomonosov və V.A.Leqasova adına medallar (2005); “Rusiyanın ən yaxşı insanları” Ensiklopediyasının xatirə medalı (2008); “Rusiyada kim kimdir. Elm. Mədəniyyət. Təhsil” ensiklopediyasının iştirakçısı (2009, 2010); “Rusiya Alimləri” ensiklopediyasının iştirakçısı (2010); Moskva bölgəsinin Qubernatorunun “Əmək və cəhdlərə görə” nişanı (2010); BEHFTA Rəyasət Heyətinin qərarı ilə “Elmdə xidmətlərinə görə” ordeni (2011); 2011-ci ildə Rusiya Təbiətşünaslıq Akademiyasının Rəyasət Heyətinin qərarı ilə “Əməkdar elm və təhsil xadimi” fəxri adına layiq görülüb. MMİİ-də böyük elmi işçi (1980-1992); “Sovintervod” İstehsalat birliyi qapalı səhmdar cəmiyyətinin Elmi-tədqiqat hidrotexniki bölməsinin aparıcı elmi işçisi (1992-1994); “İnterseysm” elmi-istehsalat firmasının direktoru (1994 -1995); Ekologiya və Təbiətdən İstifadə Beynəlxalq Akademiyasının akademiki (1995); Təhlükəsizlik, Müdafiə və Qayda-qanun Problemləri Akademiyasının akademiki (2006); RXDU-nun Ekologiya fakültəsinin Ekoloji-iqtisadi sistemlərin idarə olunması kafedrasının professoru; Nüvə və Radiasiya Təhlükəsizliyi üzrə Elmi-texniki Mərkəzin baş elmi işçisi; “Enerji təhlükəsizliyi” elmi-texniki mərkəzinin eksperti; Rusiya Dövlət Sosial Universitetinin Elmi-maarifləndirici və Tətbiqetmə Mərkəzinin Əmək və ətraf mühitin qorunması fakültəsinin aparıcı elmi işçisi; Moskva Dövlət İqtisadiyyat, Statistika və İnformatika Universitetinin Təbii və texnogen təhlükəsizlik iqtisadiyyatı kafedrasının professoru; Beynəlxalq Ekologiya Elmləri və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyasının akademiki; Qeyri-xətti Elmlər Akademiyasının akademiki; Rusiya Xalqlar Dostluğu Universitetinin Xəbərləri” jurnalının “Kompleks təhlükəsizlik problemləri” seriyasının baş redaktorudur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *