Nəsibov Əfəndi Nəsib oğlu

26 iyun 1962-ci ildə Gürcüstanın Borçalı mahalının İmirhəsən kəndində anadan olub. 1983-cü ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tətbiqi-riyaziyyat fakültəsini bitirib. Hal-hazırda Türkiyədə yaşayır. Dokuz Eylül Universitetinin Fənn Ədəbiyyat fakültəsinin Kompüter elmləri kafedrasında çalışır. Elmi sahəsi: Riyaziyyat. Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru (1987); Fizika-riyaziyyat üzrə elmlər doktoru (2003); Ege Universitetində professor (2001-2007); Fazi klasterizasiya problemlərinin yeni qoyuluşları və həlli alqoritmləri verilmişdir; Fazi matris məhdudiyyətli riyazi proqramlaşdırma məsələlərinin yeni qoyuluşları və həll alqoritmləri verilmişdir; Fazi informasiya əsasında mürəkkəb sistemlərin vəziyyətlərinin modelləşdirilməsi və müəyyənləşdirilməsi üçün yeni üsullar təklif edilmişdir; Beyin EEG siqnallarının analizində daha effektiv olan yeni sinifləndirmə üsulları verilmişdir; Bioinformatik verilənlərin analizində daha effektiv olan yeni sinifləndirmə üsulları verilmişdir; Ağıllı kart verilənləri vasitəsilə şəhəriçi transport sistemlərinin planlanması və analizi üçün yeni modellər verilmişdir; 230-dan çox elmi məqalə, 15 elmi və elmi-pedaqoji kitabın müəllifidir. Türkiyə Elmi-Texniki Tədqiqatlar Kurumu (TÜBİTAK) tərəfindən çox sayda qrantlar və elmi məqalə mükafatlarına layiq görülmüşdür. AMEA Kibernetika İnstitutunda (indiki İdarəetmə Sistemləri İnstitutu) fəaliyyət göstərmişdir; Dokuz Eylül Universitetinin Statistika Bölməsində çalışmışdır (2007); Çox sayda beynəlxalq konfrans və jurnallarda elmi məsləhətçi və təşkilatçı kimi çalışmışdır; Elmi rəhbərliyi ilə 11 Ph.D. və 15 M.Sc. dərəcəli dissertasiya işləri tamamlanmışdır; Türkiyədə ilk dəfə olaraq Dokuz Eylül Universitetində Bilgisayar Bilimleri (Kompüter Elmləri) Bölməsini təsis etmişdir (2009), hazırda bu bölmənin rəhbəri vəzifəsini icra edir.

One thought on “Nəsibov Əfəndi Nəsib oğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.