Nəsirov Fikrət Nəbi oğlu

1 aprel 1955-ci ildə Azərbaycan Respublikasının Qubadlı rayonunda anadan olub. 1978-ci ildə N.İ. Piroqov adına İkinci Moskva Dövlət Tibb İnstitutunu bitirib. Hal-hazırda Rusiyada yaşayır. İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin 2 ci fakültə cərrahiyyəsi kafedrasında çalışır. Elmi sahəsi: Tibb elmləri. “Hepatobiliar zona orqanlarının cərrahi xəstəliklərinin müalicəsində USM nəzarəti altında dəridən keçən müdaxilə” mövzusunda fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib (1994); 68 elmi iş, eləcə də 2 ixtira və patent, 3 səmərələşdirici təklif və tədqiq edilmiş metodikaların başqa klinikalarda tətbiqi üzrə 22 aktın müəllifidir; Ali dərəcəli həkimdir. 2007-ci ildə Rusiya təbabəti və səhiyyəsinin inkişafına və möhkəmlənməsinə böyük şəxsi töhfəsinə görə N.İ. Piroqov ordeni ilə təltif edilib. İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutu, Qaraciyər və öd yolları şöbəsinin elmi işçisi, fakültə cərrahiyyəsi kafedrasının assistenti və dosenti (1984); N.V. Sklifosovski adına Elmi-Tədqiqat Təcili Yardım İnstitutunda ultrasəs diaqnostika üzrə ilkin ixtisaslaşma keçib (1984); Ultrasəs müayinənin (USM) köməyi ilə qarın boşluğu orqanlarının cərrahi xəstəliklərinin diaqnostikası və müalicəsi metodikalarını tədqiq edir (1985-ci ildən); USM üzrə ixtiralarına “Öd kisəsinin dəridən keçən punksiyası üsulu” və “Qaraciyər çatışmazlığının müəyyən edilməsi üsulu”na görə müəlliflik şəhadətnamələri alıb (1991-1992); Yaponiya, Şotlandiya və İsveçrədə qısamüddətli təcrübə keçdikdən sonra qarın boşluğu orqanlarında və kiçik çanaqda laparoskopik əməliyyatların müxtəlif metodikalarını mənimsəyərək Moskvanın və Moskva vilayətinin bir çox  tibb müəssisələrində klinik praktikaya tətbiq edib (1991-1994); Moskvanın başqa klinikaları, MDB şəhərləri və digər ölkələrdə (Yunanıstan, Almaniya və s.) 60-dan çox həkim yetirməsi fəaliyyət göstərir; Hazırda Birinci Moskva Dövlət Tibb Universitetində qarın boşluğu orqanları cərrahiyyəsində kiçik invaziv müdaxilələrin tədqiq edilməsi üzrə elmi-tədqiqat işinin kuratorudur; Bir çox beynəlxalq və Rusiya cərrahiyyə cəmiyyətlərinin üzvüdür, elmi konfrans və simpoziumlarda fəal iştirak edir; Birinci Moskva Dövlət Tibb Universitetinin 2‑ci fakültə cərrahiyyəsi kafedrasının dosentidir.

(Visited 1 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

© 2021 - Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi. Müəllif hüquqları qorunur. by .