Namazova-Baranova Leyla Seymur qızı

18 iyul 1963-cü ildə Rusiyanın Moskva şəhərində anadan olub. N. Nərimanov adına Azərbaycan Tibb İnstitutu (indiki Azərbaycan Tibb Universiteti). N.İ. Piroqov adına İkinci Moskva Dövlət Tibb İnstitutu (indiki Rusiya Milli Tədqiqat Tibb Universiteti), Pediatriya fakültəsi (1987), İctimai peşələr fakültəsində “Fransız dili tərcüməçisi və jurnalist ixtisası” bitirib. Hal-hazırda Rusiyada yaşayır. Rusiya Tibb Elmləri Akademiyası Uşaq Sağlamlıq Elmi Mərkəzinin Elmi Tədqiqat Profilaktik Pediatriya və Bərpaedici Müalicə İnstitutunda çalışır. Elmi sahəsi: Tibb elmləri.  “Pediatriya” və “Allerqologiya və immunologiya” ixtisasları üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib (1992); “Uşaqlarda bronxial astmanın diferensial müalicəsinin patogenetik əsasları” mövzusunda elmlər doktorluğu dissertasiyasını müdafiə edib (2000); “Pediatriya” üzrə dosent (1996); “Allerqologiya və immunologiya” ixtisası üzrə professor (2005); Allergiyalı uşaqlarda sitokin statusu və mediatorların qarşılıqlı təsirini öyrənmiş, sitokin və antisitokin terapiyanın pediatriyada tətbiqini əsaslandırmışdır; 586 elmi iş, 11 ixtira, 8 monoqrafiyanın müəllifidir.

RF Səhiyyə Nazirliyinin “Sağlamlıq əlaçısı” nişanı; RF Federal Məclisinin Federasiya Şurası, RTEA, RF Federal Məclisinin Dövlət Duması sədri, Rusiya Federasiyası Hökuməti, RF səhiyyə və sosial inkişaf naziri, eləcə də Rusiya Tibb Elmləri Akademiyasının Rəyasət Heyətinin fəxri fərman və təşəkkürnamələri ilə mükafatlandırılıb; “Ana və uşaqların mühafizəsinə şəxsi töhfəsinə görə” nominasiyasında “Peşə həyatdır” Beynəlxalq mükafatına layiq görülüb. Rusiya Tibb Elmləri Akademiyasının (RTEA) Uşaq Sağlamlıq Elmi Mərkəzinin (USEM) Elmi Tədqiqat Pediatriya İnstitutunun Allerqoloji dispanser bölməsində həkim (1990-1993), böyük elmi işçi (1993-1999); Məsləhət Diaqnostika Mərkəzinin baş həkimi (2003); RTEA USEM direktorunun elm işlər üzrə müavini, Elmi-Tədqiqat Profilaktik Pediatriya və Bərpaedici Müalicə İnstitutunun direktoru (2006); İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Pediatrların ali məktəbdən sonrakı peşə təhsili fakültəsinin Rusiyada yeganə olan Allerqologiya və klinik immunologiya kafedrasının müdiri (2006-cı ildən); N.İ. Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universitetinin (RMTTU) Pediatriya fakültəsinin Pediatriya kafedrasının rəhbəri; Pediatrlar üçün bronxial astma, allergik rinit, atopik dermatit, yod çatışmazlığı xəstəliklərinə dair klinik tövsiyələrin və elmi-praktik proqramların aparıcı təşkilatçı-tədqiqatçısı; “Педиатрическая фармакология” jurnalının baş redaktoru; “Вопросы современной педиатрии” jurnalının elmi redaktoru; “World Journal of Pediatrics”, “Asian Journal of Pediatric Practice” və s. jurnalların redaksiya heyətinin üzvü; Rusiya Pediatrlar İttifaqının İcraiyyə Komitəsi sədrinin müavini; RTEA USEM nəzdində dissertasiya şurası, Təhsil və Elm Nazirliyinin Ali Attestasiya Komissiyasının terapevtik elmlər üzrə ekspert şurasının üzvü; Federal Elmi-Praktik İmmunoprofilaktika Mərkəzinin rəhbəri; RTEA-nın Pediatriya üzrə Elmi Şurasının “Pediatriyada yeni texnologiyalar” problem komissiyasının sədri; RF Səhiyyə Nazirliyinin Elmi Şurasının “İmmunologiya” bölməsinin üzvü; Dünya Səhiyyə Təşkilatının müşaviri; Beynəlxalq Pediatriya Assosiasiyasının (IPA) Daimi Komitəsinin, Allergiya və Astma üzrə Qlobal Avropa Şəbəkəsinin (GA2LEN) üzvü; RF və DST-nin “Mərkəzi Asiya və Afrika ölkələrinə pediatrik və tibbi-sanitariya dəstəyinin keyfiyyətinin artırılması” beynəlxalq layihəsinin rəhbəri; Avropa Pediatriya Assosiasiyasının (EPA/UNEPSA) prezidenti (2013); RTEA-nın müxbir üzvü, RF Dövlət Dumasının biotexnologiyalar sahəsində qanunvericilik fəaliyyətini təmin edən Elm və Elm Tutumlu Texnologiyalar Komitəsi nəzdində Biotexnologiyalar sahəsində tənzimlənmənin təkmilləşdirilməsi üzrə ekspert şurasının üzvü; Rusiya Federasiyası və Dünya Səhiyyə Təşkilatının “Mərkəzi Asiya və Afrika ölkələrinə pediatrik və tibbi-sanitariya dəstəyinin keyfiyyətinin yaxşılaşdırılması” beynəlxalq layihəsinin icraçı rəhbəri; Rusiya Tibb Elmləri Akademiyası Uşaq Sağlamlıq Elmi Mərkəzinin Elmi‑Tədqiqat Profilaktik Pediatriya və Bərpaedici Müalicə İnstitutunun direktoru; RTEA USEM direktorunun elmi işlər üzrə müavini; Avropa Pediatriya Assosiasiyasının (EPA/UNEPSA) prezidenti; Rəhbərliyi ilə 38 fəlsəfə doktorluğu və 7 doktorluq dissertasiyası müdafiə olunub.

(Visited 7 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

© 2021 - Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi. Müəllif hüquqları qorunur. by .