Niyazov Niyazi Sabir oğlu

1 aprel 1967-ci ildə Azərbayan Respubikasının Ağdam rayonunda anadan olub. 1991-ci ildə Leninqrad Dövlət Universitetinin (indiki Sankt-Peterburq Universiteti), Tarix fakültəsini bitirib. Hal-hazırda Rusiyada yaşayır. Sankt Peterburq Dövlət Universitetinin (SPDU) Postsovet məkanında beynəlxalq münasibətlər kafedrasında çalışır. Elmi sahəsi: Hüquq elmləri. “1935-1941-ci illərdə Leninqradın hərbi sənaye kompleksinin inkişafının sosial-iqtisadi problemləri” mövzusunda fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib (1997); Dosent (2006); 2012-ci ildə “1994-2011-ci illərdə Azərbaycan Respublikasının hərbi təhlükəsizlik siyasətinin təşəkkülü və inkişafı” mövzusunda elmlər doktorluğu dissertasiyasını müdafiə edib. 

SPDU-nun Beynəlxalq münasibətlər fakültəsində dosent (2000); Bakalavr, mütəxəssis və magistrantların elmi işlərinə rəhbərlik edir; SPDU-nun Beynəlxalq münasibətlər fakültəsinin metodiki komissiyasının üzvü olub (2000-2004); SPDU-nun Beynəlxalq münasibətlər fakültəsi dekanlığının aspirantura və doktorantura şöbəsinin müdiridir; RF Təhsil Nazirliyinin “Ali məktəbin regional elmi-texniki siyasətinə dövlət dəstəyi və onun elmi potensialının inkişafı”, “Beynəlxalq əməkdaşlıq çərçivəsində müqayisəli sosial-humanitar tədqiqatlar: fənn və fənlərarası aspektlər” proqramlarında iştirak edir;

Müntəzəm olaraq beynəlxalq və ümumrusiya elmi konfranslarında, o cümlədən “Rusiya dövlətçiliyi: tarix və müasirlik” (Sankt-Peterburq, 2002), “Rusiya parlament və prezident seçkiləri arasında: daxili və xarici siyasətin aktual məsələləri” (Sankt-Peterburq, 2004), “Rusiya və NATO: münasibətlərin yeni dinamikasına doğru” (Sankt-Peterburq, 2005), “Hərb tarixinə dair qiraətlər” (Sankt-Peterburq, 2005) mövzularında konfranslarda, “Qloballaşma proseslərində Qafqaz və Mərkəzi Asiya” II Beynəlxalq konqresində (Bakı, 2007) məruzələrlə çıxış edib; “Radio Rossii” radiostansiyasının Sankt-Peterburq bölməsinin SPDU ilə birgə hazırladığı “Beynəlxalq icmal. Peterburqdan baxış” radio verilişlərinin iştirakçısıdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *