Novruzov Emil Bahadur oğlu

9 may 1972-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub. 1994-cü ildə Bakı Dövlət Universiteti, Mexanika-riyaziyyat fakültəsini bitirib. Hal-hazırda Türkiyədə yaşayır. 2011-ci ildən Hacettepe Universitetində çalışır. Elm sahəsi: Riyaziyyat. AMEA Riyaziyyat və Mexanika İnstitutunda “İkiqat” qeyri-aşkar cırlaşmış qeyri-xətti tənliklərin bir tipi üçün sərbəst sərhəd məsələsi” mövzusunda fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib (1997); Dosent (2004); Professor; Elmi tədqiqatlarının əsas istiqaməti həllərin keyfiyyət xassələri, cırlaşmış parabolik tənliklərin həllərinin xüsusiyyətləridir; “İkiqat” qeyri-aşkar cırlaşmış qeyri-xətti tənliklər üçün sərbəst sərhəd məsələsini tədqiq edib, sərbəst sərhəddin xassələrini öyrənib. Gözdən keçirilmiş tənlik üçün attraktorun mövcudluğu məsələlərini araşdırıb. Silsilə işləri qeyri Nyuton tənliklərinin tədqiqinə həsr edilib. Həmçinin yarım ox üzərində “politropik” tənliyin həllinin pozulması məsələsini tədqiq edib; Əmsalları və sağ hissələri sürətlə ossillyasiya edən qeyri-Nyuton filtrasiya tənlikləri attraktorlarının orta tənliyin attraktoruna yığılmasını müəyyən edib və 20 elmi işin müəllifi və həmmüəllifidir. AMEA Riyaziyyat və Mexanika İnstitutu, qeyri-xətti analiz şöbəsi, kiçik elmi işçi (1996), elmi işçi (1997-1999), böyük elmi işçi (1999-2004); Türkiyə, Hacettepe Universiteti (Ankara), Riyaziyyat bölməsində dosent (2005-2011); Qeyri-xətti diferensial tənliklər sahəsində mütəxəssisdir; Beynəlxalq və respublika səviyyəli konfranslarda iştirak edib. Hazırda TÜBİTAK və Ukrayna Elmlər Akademiyasının sponsorluq etdiyi Türkiyə-Ukrayna layihəsinə cəlb olunub.

(Visited 5 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

© 2021 - Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi. Müəllif hüquqları qorunur. by .