Nuriyeva Fidan Ürfət qızı

1987-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub. Ege Universiteti, Fənn fakültəsinin Riyaziyyat bölməsinin Kompüter elmləri üzrə riyaziyyat proqramını bitirib. Hal-hazırda Türkiyədə yaşayır. Dokuz Eylül Universitetinin Kompüter elmləri bölməsində çalışır. Elmi sahəsi: Riyaziyyat. “Sıralı qismən örtü məsələsi” adlandırdığı yeni bir kombinator optimallaşdırma məsələsini diskret riyaziyyat sahəsində elmi ədəbiyyata daxil etmiş, onun fərqli versiyaları üçün riyazi modellər hazırlamış, həlli üçün dinamik proqramlaşdırma üsuluna əsaslanan alqoritm təklif etmişdir; Kriptoqrafiyada istifadə olunan tam ədədlərin vuruqlarına ayrılması məsələsi üçün yeni effektiv alqoritmlər təklif etmişdir; Tacir probleminin fərqli versiyaları üçün bir çox yeni evristik alqoritmlər təklif etmiş və bu alqoritmlərə əsaslanan hibrid, hiperevristik və parametrli alqoritmlər hazırlamışdır. Bu alqoritmləri C++ proqramlaşdırma dilində proqramlaşdıraraq hesablama eksperimentləri aparmışdır; Kommunikasiya şəbəkəsindəki əlaqələndirmənin gücləndirilməsi ilə əlaqədar olan göyqurşağı təpə və til əlaqəlilik problemlərinin riyazi modellərini hazırlamış, göyqurşağı təpə əlaqəlilik ədədini hesablamaq üçün yeni bir evristik alqoritm təklif etmişdir; Genişzolaqlı kabelsiz kommunikasiya şəbəkələrinin layihələrinin hazırlanması prosesində istifadə olunan kvadratlama problemlərini tədqiq edərək evristik alqoritmlərlə tapılmış təqribi həllərin qiymətləndirilməsində faydalı ola biləcək teorem isbat etmişdir. Bu teorem kəsmə problemlərində, düzbucaqlıya kvadratların yerləşdirilməsi problemlərində, evristik alqoritmlərin qarantı dəyərlərinin hesablanmasında istifadə oluna bilər; 21 məqalə və 32 tezisin müəllifidir. Qazaxıstanın “Astana TV” televiziya kanalının təşkil etdiyi “İntellektual Olimpiadalar” adlı beynəlxalq elm yarışmasında mükafat almışdır. Ege Universiteti, Fənn Elmləri İnstitutu, Riyaziyyat bölməsi, “kompüter elmləri” ixtisası,  doktorantura (2010-2013); Layihə məsləhətçisi və riyaziyyat-kompüter olimpiadaları hazırlığı üzrə təlimçi, İzmir Özəl Türk Kolleci (2011-2012); Riyaziyyat üzrə layihə məsləhətçisi, Özəl Ege Türk Liseyi (2012-2013); AMEA İdarəetmə Sistemləri İnstitutu, elmi işçi (2013-2014); Dokuz Eylül Universiteti, Fənn fakültəsi, Kompüter elmləri bölməsi, müəllim (2014–2015), 2016-cı ildən baş müəllimdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *