Qəribov Rafail Bəşir oğlu

12 noyabr 1961-ci ildə Azərbaycan Respublikasının Tovuz rayonunun Sofular kəndində anadan olub. 1986-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) “Sənaye və mülki tikinti” ixtisasını; 1992-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib. Hal-hazırda Rusiyada yaşayır. Elmi sahəsi: Texnika elmləri. “Konstruksiyanın dəmir-beton elementlərinin aqressiv mühitin təsirinə müqaviməti” mövzusunda texnika üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib; Penza Dövlət Memarlıq və Tikinti Universitetində “Ətraf mühitin aqressiv təsirləri zamanı daşıyıcı dəmir-beton konstruksiyalarının möhkəmliyi və deformativliyi” mövzusunda elmlər doktorluğu dissertasiyasını müdafiə edib (2008); 50-dən çox elmi iş, 4 dərs vəsaiti, 4 monoqrafiya, həmçinin kütləvi informasiya vasitələrində 20-dən artıq məqalənin müəllifidir. “Rusiya torpaqlarının abadlaşdırılmasına görə” mükafatı; “Prioritet milli layihələrin həyata keçirilməsinə töhfəsinə görə” nominasiyasının laureatı diplomu; “İqtisadi və sosial inkişaf üzrə dövlət proqramının həyata keçirilməsində aktiv fəaliyyətə görə” diplomu; I dərəcəli “Rusiyanın mühəndis şöhrəti” şərəf nişanı; I dərəcəli “Derjava” ordeni; “Elmə töhfəyə görə” ordeni; “Dünyanın xeyirxah mələyi” qızıl medalı ilə təltif edilib. Bakı Baş Tikinti İdarəsi sistemində işçi, mühəndis, baş mühəndis (1978-1988); 11 nömrəli “Sosialmədənitikinti” tresti partiya komitəsinin katibi (1988-1990); Rusiyada (Moskva, Samara, Saransk, Penza, Tula, Volqoqrad və s.), həm də digər ölkələrdə (İspaniya, Tunis, Cənubi Koreya, Yunanıstan, Çin, Almaniya, Ukrayna və s. ) keçirilən 20-dən çox beynəlxalq elmi konfransın iştirakçısı; “Rusiya iqtisadiyyatının lideri”; Beynəlxalq tikinti materialları, sistem və konstruksiyaların sınağı sahəsində laboratoriya və mütəxəssislər ittifaqının (RILEM) üzvü (2006), Beynəlxalq İctimai Elmlər Akademiyasının həqiqi üzvü (2008-ci ildən); 2003-cü ildən  “Volqapromstroybezopasnost” Elmi-Texniki Mərkəzinin baş direktorudur.

(Visited 3 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

© 2021 - Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi. Müəllif hüquqları qorunur. by .