Qocayev Zahid Adıgözəl oğlu

8 avqust 1951-ci ildə Azərbaycan Respublikasının Bərdə rayonunda anadan olub. N.E. Bauman adına Moskva Ali Texniki Məktəbini (indiki N.E. Bauman adına Moskva Dövlət Texniki Universiteti) bitirib. Hal-hazırda Rusiyada yaşayır. Ümumrusiya Elmi Tədqiqat Kənd Təsərrüfatının Mexanikləşdirilməsi İnstitutunda çalışır. Elmi sahəsi: Texnika elmləri. Texnika üzrə fəlsəfə doktoru (1979); Texnika üzrə elmlər doktoru (1994); Maşınqayırma və energetika konstruksiyaları, maşınların etibarlığı və davamlılığı, mürəkkəb sistemlərin çoxmeyarlı optimallaşdırılması, qərarların qəbulu prosesinin alqoritmləri və informasiya texnologiyaları sahəsində 80-dən çox elmi əsər və bir neçə ixtiranın müəllifidir. Rusiya Federasiyası Prezidentinin Təşəkkürnaməsi; “1989-cu ilin ən yaxşı elmi işi” müsabiqəsinin qalibidir. Tümen regionunda neft sahələrində mühəndis (1973-1975); Moskva Texniki Universiteti, kiçik elmi işçi (1979); Tədqiqatçı, böyük elmi işçi, aparıcı elmi işçi, “NATI” baş elmi işçisi (1979-2001); Rusiya Federasiyasının Aqrosənaye kompleksinin akademiki; Moskva Dövlət Vilayət Universitetinin professoru; Rusiya Federasiyası Dövlət dumasının deputatlığına namizədliyini irəli sürmüşdür (1995); Rusiya Federasiyası hökuməti yanında Məsləhət Şurasının üzvü (1999); Rusiyanın 25-dən çox milli diasporunu (Azərbaycan, Ukrayna, Polşa, Moldova və s.) birləşdirən Rusiya Milli Konqresinin Rəyasət Heyətinin sədri (2000); Rusiya Federasiyası Keyfiyyət Problemləri Akademiyasının akademiki (2001); Mətbuatda Rusiya Federasiyasının dövlət milli siyasət məsələləri, tolerant şüurun formalaşdırılması, millətlərarası münasibətlərin harmonizasiyaları, miqrasiya problemləri və s. mövzular üzrə çoxsaylı ictimai çıxışların müəllifi; Müxtəlif illərdə pedaqoji fəaliyyətlə məşğul olmuşdur; Kənd Təsərrüfatı Maşınları Federal Tədqiqat Mərkəzinin baş direktoru; Ümumrusiya Elmi‑Tədqiqat Kənd Təsərrüfatının Mexanikləşdirilməsi İnstitutu direktorunun innovasiya və tətbiq fəaliyyəti üzrə müavinidir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *