Quliyev Bəhmən Hidayət oğlu

14 fevral 1969-cu ildə Azərbaycan Respublikasının Xanlar rayonunun (indiki Göygöl rayonu) Qırıxlı kəndində anadan olub. 1993-cü ildə İ.P.Pavlov adına Sankt-Peterburq Tibb Universitetinin Müalicə fakültəsini bitirib. Hal-hazırda Rusiyada yaşayır. İ.İ.Meçnikov adına Şimal-Qərb Dövlət Tibb Universitetinin Urologiya kafedrasında çalışır. Tibb üzrə fəlsəfə doktoru (2003); Tibb üzrə elmlər doktoru (2008); Urologiya ixtisası üzrə ali ixtisas dərəcəsi alıb (2006); 7 patent, 230 elmi əsər, 8 elmi-metodoloji tövsiyə, “Sidik axarının ölçüsündə olan daralmanın cərrahiyyəsi” (2005), “Yuxarı sidik kisəsi yolunun rekanalizasiyası” (2011) adlı 2 monoqrafiyanın müəllifidir. Rusiyanın Şimal-Qərb bölgəsinin ən böyük stasionarlarından biri olan 2 saylı şəhər çoxprofilli xəstəxanasının urologiya şöbəsinin ordinatoru vəzifəsində çalışır (1996-cı ildən); Elmi-Praktik Urologiya Mərkəzin direktor müavinidir; Cərrahi fəaliyyətinin əsas istiqamətlərindən biri sidik axarının, sidik kanalının rekonstruktiv-plastik cərrahiyyəsi və sidik kisəsinin çıxarılmasından sonra onu əvəz etmə əməliyyatlarıdır; 500-dən çox endovideocərrahi əməliyyat təcrübəsi var, o cümlədən laparoskopik nefrektomiya, böyrəyin rezeksiyası, böyrək kistasının aradan qaldırılması, nefropeksiya və s.; Rusiya və Sankt-Peterburq uroloqlar cəmiyyətlərinin (1996), 2006-cı ildən Avropa Uroloqlar Assosiasiyasının və Dünya Endouroloqlar Cəmiyyətinin üzvüdür; Urologiya kafedrasının elmi işlər üzrə məsul katibi, Rusiya Uroloqlar Cəmiyyəti İdarə Heyətinin və S.P.Fyodorov adına Sankt-Peterburq Uroloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin üzvüdür; Rəhbərliyi ilə 3 fəlsəfə doktorluğu dissertasiyası müdafiə edilib; 2010-cu ildən İ.İ.Meçnikov adına Şimal-Qərb Dövlət Tibb Universiteti, Urologiya kafedrasının professorudur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *