Poladxanova Nərgiz Şamil qızı

12 iyul 1957-ci ildə Özbəkistanın Daşkənd şəhərində anadan olub. 1981-ci ildə M. Əşrəfi adına Daşkənd Dövlət Konservatoriyası (indiki Özbəkistan Dövlət Konservatoriyası), “fortepiano” ixtisasını bitirib. Hal-hazırda Özbəkistanda yaşayır. Özbəkistan Dövlət Konservatoriyasının fortepiano kafedrasında çalışır. Elmi sahəsi: Sənətşünaslıq. Çoxsaylı elmi-metodik işləri ixtisas fortepianonun tədrisi metodikasının dərindən, ciddi öyrənilməsini əks etdirir. Onun qələminin məhsulu olan çap edilmiş onlarca elmi əsər arasında həm beynəlxalq nəşrlər, həm də fundamental işlər var. Onun ali musiqi təhsili müəssisələri üçün yazdığı “İri formalı birhissəli fortepiano əsərlərinin üslub interpretasiyası problemi” adlı tədris-metodik vəsaiti respublika müsabiqəsində “2007-ci ilin ən yaxşı dərsliyi” hesab edilib; Bir sıra işləri alman, italyan, fransız, özbək fortepiano musiqisinin interpretasiyası problemlərinə həsr edilib; 2008-ci ildən Professordur. Qazaxıstan müsabiqəsinin (1999) münsiflər heyəti və Litva müsabiqəsinin (2007) münsiflər heyəti tərəfindən Pianoçuların Beynəlxalq Müsabiqələrinin laureatlarının yüksək səviyyədə hazırlanmasına görə ona ən yaxşı pedaqoq diplomu təqdim olunub; Özbəkistan Respublikası Mədəniyyət və İdman Nazirliyinin fəxri fərmanları; Özbəkistan Respublikası Mədəniyyət və İdman Nazirliyinin TASANNO sertifikatları; Özbəkistan Teatr Xadimləri İttifaqının fərmanına layiq görülüb. Daşkənd Dövlət Konservatoriyasının ixtisas fortepiano kafedrasında yaradıcılıq fəaliyyətinə başlayıb (1986-cı ildən); Pedaqoji fəaliyyətə başladıqdan bu günədək onun sinfini bitirənlər arasında 60-dan çox bakalavr, magistratura və doktorantura məzunu var, onlar hamısı yaxın və uzaq xarici ölkələrdə öz ixtisasları üzrə işləyir. Tələbələrinin çoxu beynəlxalq müsabiqələrin laureatları olub; Arsenalında 40-dan çox tammetrajlı konsert proqramı var; Özbəkistanda F.Listin “Poetik və dini harmoniyalar”, “Xəyallar”, “Milad yolkası”, “Vyana axşamları” fortepiano əsərləri silsiləsini tam həcmdə ifa etmiş yeganə pianoçudur; Onun ifasında F.Şubertin və F.Listin əsərləri Özbəkistan radiosunun Qızıl fonduna daxil edilib; “İxtisas fortepiano sinfində gənc musiqiçinin yaradıcı şəxsiyyətinin tərbiyəsi məsələsinə dair” əsəri ingilis dilinə tərcümə olunub; Özbəkistan Dövlət Konservatoriyasının İxtisas fortepiano kafedrasının professorudur; Dövlət İmtahan Komissiyasının daimi üzvüdür.

(Visited 4 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

© 2021 - Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi. Müəllif hüquqları qorunur. by .