Qəmərli Zakir Paşa oğlu

12 oktyabr 1942-ci ildə Azərbaycan Respublikasnın Gəncə şəhərində anadan olub. 1967-ci ildə Qırğızıstan Dövlət Tibb İnstitutunu bitirib. Hal-hazırda Qırğızıstan‎da yaşayır. B.N. Yeltsin adına Qırğızıstan Rusiya Slavyan Universitetinin Onkologiya, şüa diaqnostikası və terapiya kafedrasında çalışır. Elmi sahəsi: Tibb elmləri. Tibb üzrə fəlsəfə doktoru (Daşkənd, 1975); Tibb üzrə elmlər doktoru (Moskva, 1988); Professor (1995); Epidemiologiya, onkoloji xəstələrin müalicəsi və reabilitasiyası problemləri ilə məşğuldur. 170-dən çox elmi iş, 5 monoqrafiya, o cümlədən Qırğızıstanın ali məktəb tələbələri üçün ilk onkologiya dərsliyinin müəllifidir. Qırğızıstan Respublikasının səhiyyə əlaçısı; “Qırğız Respublikasının Əməkdar Elm Xadimi” fəxri adı (2003); 2004-cü ildə Qırğızıstanın “Əməkdar həkimi” fəxri adına layiq görülüb. Qırğızıstan Elmi-Tədqiqat Onkologiya və Radiologiya İnstitutunun şöbə müdiri, elmi katibi (1974-1978), direktorun elmi işlər üzrə müavini (1978-1985) vəzifələrində çalışıb; Qırğızıstan Elmi-Tədqiqat Onkologiya və Radiologiya İnstitutunun direktoru (1986-1997); B.N. Yeltsin adına Qırğızıstan-Rusiya Slavyan Universitetinin Tibb Mərkəzinin kafedra müdiri və eyni zamanda direktorudur (1997-ci ildən); Bədxassəli şişlərdən əziyyət çəkən xəstələrin ambulator müalicəsinin iqtisadi və elmi cəhətdən əsaslandırılmış metodikalarını hazırlayıb; Qırğızıstanda Uşaq onkologiya şöbəsini yaradıb; ABŞ-ın Kanzas Universitetinin Tibb mərkəzi ilə Qırğızıstan Elmi-Tədqiqat Onkologiya və Radiologiya İnstitutu arasında tərəfdaşlığın əlaqələndiricilərindən biri olub (1992-1997); Onkoloji xəstələrin reabilitasiya və immunoterapiyası sahəsində tədqiqatlara rəhbərlik edir (1995-ci ildən); Rəhbərliyi altında 20-dən çox fəlsəfə və 2 elmlər doktorluğu dissertasiyaları müdafiə edilib. Rəhbərlik etdiyi kafedrada aspirantura və kliniki ordinatura təşkil edib; Qırğızıstan Ali Attestasiya Komissiyasının üzvü və cərrahlıq üzrə ekspert şurasının sədri olub; Rusiya Ali Attestasiya Komissiyasının (cərrahiyyə və onkologiya) və Qırğızıstan Ali Attestasiya Komissiyasının (pediatriya və uşaq cərrahiyyəsi) üzvüdür; “Вопросы онкологии” jurnalının (Sankt-Peterburq) redaksiya heyətinin üzvüdür; 20-dən çox beynəlxalq, 35 ümumittifaq və respublika miqyaslı, o cümlədən ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Avstriya, Yunanıstan, Çexiya, İsrail və başqa ölkələrdə keçirilmiş elmi konfrans və qurultayların iştirakçısı olub, məruzələrlə çıxış edib, təşkilat komitələrinin üzvü olub; İki məruzəsi Kanadada keçirilən Ümumdünya xərçəng əleyhinə konqresin proqramına daxil edilib (2012); Müxtəlif onkoloji xəstələr üzərində 5 mindən çox cərrahiyyə əməliyyatı aparıb; ABŞ-ın Kanzas ştatında Onkoloji mərkəzin müxbir üzvüdür; B.N.Yeltsin adına Qırğızıstan‑Rusiya Slavyan Universitetinin Onkologiya, şüa diaqnostikası və terapiya kafedrasının müdiridir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *