Quliyev Ənvər Məmmədqulu oğlu

28 iyun 1943-cü ildə Azərbaycan Respublikasında anadan olub. 1966-cı ildə N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunu (indiki Azərbaycan Tibb Universiteti) bitirib. Hal-hazırda ABŞ’da yaşayır. Çikaqo Reproduktiv Genetika İnstitutunda çalışır. Elmi sahəsi: Tibb elmləri. Tibb elmləri doktoru, professor; İngilis və rus dillərində 200-dən çox elmi əsərin müəllifidir. Nərimanov adına Azərbaycan Tibb İnstitutunun Mərkəzi Elmi-Tədqiqat Laboratoriyasının baş elmi işçisi (1966); SSRİ Tibb Elmləri Akademiyasının Tibbi Genetika İnstitutunun insanın sitogenetikası laboratoriyasının baş elmi işçisi (1977-1979); Dünya Səhiyyə Təşkilatının (Cenevrə) qeyri-yoluxucu xəstəliklər şöbəsində məsləhətçi (1979-1980); Dünya Səhiyyə Təşkilatının irsi xəstəliklər proqramının rəhbəri (1980-1986); SSRİ Tibb Elmləri Akademiyasının Tibbi Genetika İnstitutunun perinatal diaqnostika şöbəsinin müdiri (1986-1990); Çikaqo Reproduktiv Genetika İnstitutunda elmi işlər üzrə direktor və klinik sitogenetika sahəsində yüksək dərəcəli və dünya şöhrətli mütəxəssis; 2009-cu ildən gövdə hüceyrələri sahəsində Y.S. Verlinski Fondunun (Çikaqo, ABŞ) direktoru, habelə Mayamidəki Florida Beynəlxalq Universitetinin professorudur; Nyu-York Elmlər Akademiyasının, Amerika Reproduktiv Təbabət Cəmiyyətinin, “RBMOnline” jurnalının redaksiya heyətinin üzvü, implantasiya öncəsi genetik diaqnostika üzrə Beynəlxalq Elmi Cəmiyyətin icraçı direktoru, implantasiya öncəsi genetik diaqnostika üzrə xüsusi elmi qrupun elmi katibidir.

(Visited 12 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

© 2021 - Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi. Müəllif hüquqları qorunur. by .