Quliyev Valeh Cəfər oğlu

26 dekabr 1943-cü ildə Azərbaycan Respublikasının Salyan rayonunun Şorsulu kəndində anadan olub, 6 yanvar 2018-ci ildə Rusiyada vəfat edib. 1969-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti), Mexanika-riyaziyyat fakültəsini bitirib. Elmi sahəsi: Riyaziyyat.  Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru (1974); Fizika-riyaziyyat üzrə elmlər doktoru (1980); Professor (1987); 2 müəlliflik şəhadətnaməsi, 175 elmi əsərin müəllifi, onlardan 7-si kitab, 3-ü Moskvada nəşr edilən monoqrafiyadır (“Singulyar sərhəd məsələləri”, “Çoxlaylı konstruksiyaların stoxastik istilik mexanikası” və “Yorğunluq dağılmasının mexanikası”); 10 prioritet əsər “SSRİ Elmlər Akademiyasının məruzələri”ndə dərc olunub, onun redaktorluğu ilə 40-dan çox tədris-metodiki vəsait çap edilib; Hissəli-bircinsli mühitlərin dağılma mexanikasında tez-tez rast gəlinən Riman sərhəd məsələsinin əmsalı müəyyən xüsusi formaya malik olduqda iki cüt funksiya üçün Riman məsələsinin təxmini həll qurmağa imkan verən Koyter teoreminin ümumiləşdirməsini isbat edib; Yetərincə geniş Koşi tipli 1-ci növ sinqulyar sinif inteqral tənliklərini 2-ci növ Fredholm (və ya kvazifredholm) inteqral tənliklərinə çevirməyin fundamental metodlarını hazırlayıb; Hissəli-bircinsli mühitlər üçün yastı elastiklik nəzəriyyəsinin kanonik sinqulyar məsələlərinin həlli üçün yeni metod təklif edib; Q.P.Çerepanovla birlikdə “isti” çatların artımının kinematikası nəzəriyyəsini təklif edib (1974). Sonralar bu nəzəriyyə əsasında qalıq qaynaq gərginliyinin yastı qaynaq birləşmələrinə təsirinin qiymətləndirilməsi üçün formul əldə edilib; Termomexaniki yükləmələrin konstruksiyaların çoxlaylı elementlərində yorğunluq çatlarının artımına təsirini araşdırıb; SSRİ Dövlət Standartlaşdırma Komitəsinin Elmi-Texniki Şurasının “hesablamalar və möhkəmlik sınağı” seksiyasının dağılma mexanikası sahəsində standartlaşdırma üzrə elmi-metodiki komissiyasının üzvü olub və çata davamlılıq üzrə hesablama və sınaqlar üzrə normativ sənədlərin, dövlət standartlarının və metodik göstərişlərin hazırlanmasında fəal iştirak edib (1982-1990); Rusiya, ABŞ, Avropa Birliyi və Yaponiya arasında beynəlxalq əməkdaşlıq proqramı çərçivəsində həyata keçirilən nüvə enerjisi reaktorlarının çoxlaylı konstruksiya elementlərinin müvəqqəti meyarlarını hazırlayanlardan biri olub (1996-2001); Rəhbərliyi və birbaşa iştirakı ilə 5 elektron kitab, “informatika” və “alqoritmik dillər və proqramlaşdırma” fənləri üçün nəzarət-tədris proqramları kompleksi yaradılıb; Ali məktəb tələbələri üçün Rusiya Federasiyası Təhsil Nazirliyinin qrifi ilə “İnformatikanın əsasları” və “Menecment. İdarəetmə qərarları” dərsliklərinin müəlliflərindən biridir. SSRİ Nazirlər Sovetinin elm və texnika sahəsində mükafatı laureatı olub (1983); Rusiya Federasiyası Prezidentinin 2005-ci il tarixli Fərmanı ilə elm sahəsində xidmətlərinə, yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına əhəmiyyətli töhfələrinə görə “Rusiya Federasiyası Ali Məktəbinin Əməkdar İşçisi” fəxri adına layiq görülüb; Rusiya kosmonavtikası qarşısında xidmətlərinə görə “K.E.Tsiolkovski”, “M.V.Keldış”, “G.S.Titov”, “Y.A.Qaqarin”, “akademik M.N. Yangel” medalları ilə təltif edilib; Rusiya elmi və təhsilinin inkişafına böyük şəxsi töhfəsinə görə “Lomonosov” ordeni ilə təltif edilib; “Kosmik texnologiyanın Əməkdar Sınaqçısı” fəxri adı; “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 20 illiyi” və “Moskvanın 850 illiyi xatirəsinə” medalı ilə təltif edilib. Beynəlxalq Mineral Resurslar Akademiyasının (1994), Çuvaşiya Respublikasının Texnologiya Mühəndis Akademiyasının (1996), K.E.Tsiolkovski adına Rusiya Kosmonavtika Akademiyasının həqiqi üzvü (2000); Təhlükəsizlik, Müdafiə və Hüquq Mühafizə Akademiyasının həqiqi üzvü və professorudur (2004-cü ildən); Moskva Dövlət Açıq Universitetinin (MDAU) Ali riyaziyyat kafedrasının müdiri (1987-ci ildən), fundamental hazırlıq üzrə tədris-metodiki birliyin dekanı (1992-ci ildən), Tətbiqi riyaziyyat fakültəsinin dekanı (1988-ci ildən); MDAU-nun iki dissertasiya şurasının və Elmi Şurasının üzvüdür (1988-ci ildən); Rəhbərliyi ilə 20 elmlər doktoru və 36 fəlsəfə doktoru müdafiə edib.

(Visited 10 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

© 2021 - Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi. Müəllif hüquqları qorunur. by .