Süleymanlı Əbülfəz Davud oğlu

Süleymanlı Əbülfəz Davud oğlu 17 yanvar 1975-cı ildə Azərbaycan respublikasının Ucar şəhərində dünyaya göz açmışdır. 1991-ci ildə Ucar şəhər 2 nömrəli orta məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra dövlət xətti ilə Türkiyənin İstanbul Universitetinin sosiologiya bölməsinə daxil olmuş və qardaş ölkəyə ail təhsil alamaq məqsədilə yollanan müstəqil Azərbaycan Respublikasının ilk tələbələri cərgəsində yer almışdır.  1995-ci ildə bakalavr təhsilini müvəffəqiyyətlə tamamlayaraq İstanbul Universitetinin Sosial Elmlər İnstitutu sosiologiya ixtisasi üzrə maqistraturaya qəbul olmuş və 1998-ci ildə “Azərbaycanın Orta Məktəblərində Tarix Tədrisində Sovet İdeologiyasının Təsiri (1980-1991)” mövzusunda elmi işini müdafiə edərək maqistr dərəcəsini qazanmışdır.

Elə  həmin il İstanbul Universiteti Sosial Elmlər İnstitutunun sosiologiya ixtisası üzrə doktorantura şöbəsinə qəbul olmuş və 2003-cü ildə “Azərbaycanın Yaxın Tarixində Milli Kimlik Axtarışları” mövzusunda dissertasiya işini  müdafiə edərək sosiologiya elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.

Türkiyədə təhsilini başa vurduqdan sonra vətənə dönərək elmi-pedaqoji fəlaiyyətini davam etdirmişdir. 2003-2012 ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya instutunda aparıcı elmi işçi vəzifəsində çalışmış, ölkəmizin ali təhsil müəssisələrində sosiologiya fənni üzrə mühazirələr oxumuşdur.

2003-ci ildə təsis olunan Azərbaycan Sosioloqlar Birliyinin içraçı direktoru, 2008-ci ildən isə Aktual Elmi-Sosioloji Araşdırmalar Mərkəzinin rəhbəri vəzifəsində çalışmışdır. Bu dövr ərzində dünyanın aparıcı elm mərkəzlərində keçirilən mötəbər elmi-sosioloji kongreslərdə, simpoziumlarda Azərbaycanı ən yüksək tribunalardan təmsil etmişdir.

Bu zaman kəsiyində ölkənin elmi-ictimai həyatında fəal iştirak etmiş, Azərbaycan cəmiyyətinin müxtəlif  sferalarını əhatə edən çoxsaylı elmi-sosioloji tədqiqatlar apararaq sosioloji biliklərin cəmiyyətimizdə təbliğ olunmasına və onun əhəmiyyətinin dərk olunmasına var gücüylə nail olmağa çalışmışdır. Ölkənin aparıcı  kütləvi informasiya vasitələrində müxtəlif aktual mövzularda  mütəmadi çıxışlar etmişdir.

Alimin çoxsaylı elmi tədqiqatları  öz bəhrəsini vermiş və 2012-ci ildə Türkiyədə dosentlik elmi adını qazanmasına nail olmuşdur. Bundan sonra Türkiyənin Üsküdar Universitetinə dəvət almış və artıq 10 ilə yaxındır ki, bu nüfuzlu elm ocağının sosiologiya kafedrasının müdiri, həmçinin Universitetin İnsan Haqları və Hüquqları Tədqiqat  Mərkəzinin direktoru vəzifəsində çalışmaqdadır. Uğurlu elmi-pedaqoji fəaliyyətnin nəticəsində sosioloq alimə 2017-ci ildə Üsküdar Universitetinin Böyük Elmi Şurasının qərarı ilə professor elmi adı verilmişdir.

O, Azərbaycan, ABŞ, Rusiya, Türkiyə, İngiltərə, İsveç, İtaliya, Qazaxstan  və  digər xarici ölkələrdə Azərbaycan, Türk, İngilis və Rus dillərində əhəmiyyətli bir hissəsi beynəlxalq xülasələndirmə və indeksləmə bazalarına daxil olan impakt faktorlu jurnallarda nəşr  olunan 150-dən artıq elmi məqalənin, o cümlədən 6 monoqrafiyanın müəllifidir. Türk Dünyasının sosial dinamikası, miqrasiya proseslərinin sosioloji təhlili, ailə və nikah institutu, tənhalıq problemi, gənclik və milli kimlik mövzuları sosioloq alimin tədqiqat mövzuları arasında xüsusi yer tutur. Onun birbaşa rəhbərliyi altında 2016-ci ildə İstanbul şəhərində “Miqrasiya Proseslərinin Uşaq və Yeniyetmələrə Təsiri” adlı beynəlxalq simpozium  və 2020-ci ildə “Birinci Beynəlxalq Tənhalıq Simpoziumu” baş tutmuşdur. Son illər ərzində Avropa və Asiya qitəsində təşkil olunmuş  100-dər artıq  elmi konfrans və simpoziumlarda məruzə ilə çıxış etmişdir. Azərbaycan, Türkiyə, Qazaxstan, Qırğızıstan, Rusya, İngiltərə, ABŞ və digər xarici ölkələrdən elm adamlarıyla sıx əməkdaşlıq edir, birgə layihələr həyata keçirir. Türkiyədə, Rusiyada,  Azərbaycanda, Qazaxstanda çap olunan bir neçə nüfuzlu beynəlxalq elmi jurnalın redaksiya heyətinin üzvüdür.

Əbülfəz Süleymanlı müntəzəm olaraq Türkiyənin TRT, CNN TÜRK, NTV, Habertürk, Milliyet və digər aparıcı kütləvi informasiya vasitələrində aktual sosioloji  mövzularla bağlı özünün analitik-elmi mülahizələrini bölüşür, apardığı müxtəlif sosial tədqiqatların elmi-nəzəri  nəticələrini Türkiyə ictimaiyyətinə çatdırır.

Azərbaycanın mediasında aktual ictimai mövzularda vaxtaşırı çıxış edən alimimiz, həm də 20 Yanvar Faciəsi, Xocalı  Soyqırımı və bədnam qonşularımızın torpaqlarımızın 20 faizini işqal altında saxlaması haqqında  həqiqətlərin Türkiyə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır.

Türkiyə, Azərbaycan, ABŞ, Rusiya, İngiltərə, Almaniya,  İsveç, İtaliya, Qazaxstan və digər xarici ölkələrdə Azərbaycan, Türk, İngilis və Rus dillərində əhəmiyyətli bir hissəsi beynəlxalq xülasələndirmə və indeksləmə bazalarına daxil olan impakt faktorlu jurnallarda çap olunan 150-dən artıq elmi məqalənin, o cümlədən 6 monoqrafiyanın müəllifidir. Bu elmi nəşrlərdə Türk Dünyasının  sosial dinamikası, miqrasiya proseslərinin sosiologiyası, ailə və nikah institutu mövzusu, tənhalıq problemi, gənclik və milli kimlik mövzuları əsas prioritet təşkil edir.. Son illər ərzində Avropa və Asiya qitəsində təşkil olunmuş 100-dən artıq elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış etmişdir.

Türk dövlətləri arasında elmi-mədəni əlaqələrin inkişafındakı xüsusi xidmətlərinə görə 2018-ci ildə Qazaxstan Elmlər Akademiyası Vəlixanov adına Tarix İnstitutu və Qazaxstan Akjol Demokrat Partiyasının qərarı ilə “Alaş Orda Dövlətinin 100 İlliyi” medalı, 2020-ci ildə isə “Başqurdistan Respublikası 100 İlliyi”  medalı ilə təltif edilmişdir.

Əsas Elmi əsərləri

Monografiyalar

Süleymanlı, E., Milletleşme Sürecinde Azerbaycan Türkleri, Ötüken Yay., İstanbul, 2006.

Suleymanov, A., (red) Birinci Türk Dünyası Sosyologlar Birliği Kongresinin Bildiri Kitabı, Kocaeli Büyükşehir Belediyesi Yay., Kocaeli, 2008, 345 s

 Süleymanov, Ə., Türkiyə Üniversitetlərinin  Azərbaycanlı Məzunlarının Karyera Seçimlərinin Elmi-Sosioloji Təhlili, MBM yay., Bakı, 2010,

Süleymanov, Ə., Azərbaycanda Etnik-Qarışıq Nikahların Sosial-Psixoloji Təhlili, MBM yay., Bakı, 2010, 120 s

Suleymanov, A ve d.  (2017) Uluslararası  Göç Ve Çocuklar International Migration And Children, Transnational Press London , London

Süleymanlı, E., Türk Dünyasının Sosyolojisi, Sosyologca Yay., İstanbul, 2020

Elmi Məqalələri

Suleymanov, A., “Küreselleşme ve Milli  Kimlik”, Küreselleşme ve Anane Uluslararası konferansı, 77-79, Azerbaycan Milli İlimler Akademisi Edebiyat Enstitüsü Yay., Bakü, 2002.
 Suleymanov, A., “Bağımsızlıktan Sonra Azerbaycan’da Milli Bilincin Gelişmesi”,  Bağımsızlık Döneminde Azerbaycan  Uluslararası Konferansı,  286-288, Bakü, 2003.
Suleymanov, A., “Küreselleşme Karşısında Nasıl Bir Kültür Ploitikası İzlenmeli”, Küreselleşme Sürecinde Kafkaslar ve Orta Asya Uluslararası Konferansı, 80-82, Bakü, 2003
Suleymanov, A., “ Azerbaycan’da Seçmen Tabanının Sosyolojik  Araştırmalarında Yöntem Sorunu (Rusca)”, Kazakistan Sosyologlarının Yaz Üniversitesi Uluslararası Toplantılar Dizisi, Almatı, 2004.

Suleymanov, A, “ Sosyo-Kültürel Değişim Süreci İçerisinde Azerbaycan Toplumunun Bazı Meseleleri”, Sosyoloji Konferansları, No 26, 49-54,  İstanbul,  2004. 

Suleymanov, A., “Bağımsızlıktan  Sonra Azerbaycanda Milli Kimlik Meselesi”, Kimlik ve Kültür Uluslararası Sempozyumu, Türkiye Kültür Araştırmaları Grubu yay., Istanbul, 2005.

Suleymanov, A., “XXI yy. ’ın Global Problemi Olarak Kitle Kültürü”, Geçiş Sürecinde Azerbaycan Toplumu, Azerbaycan Milli İlimler Akademisi Felsefe, Siyaset ve Hukuk Araştırmaları Enstitüsü Yay., 95-102, Bakü 2005.

Suleymanov, A., Sovyetlerin Milli Kimliği Yok Etme Yönündeki Faaliyetleri: ‘Sovyet Halkı’ Denemesi, Karadeniz Araştırmaları, 128-134,  Yaz 2005; Cilt 2, Sayı:6 (http://www.karamyayincilik.com/karam/dergiyazi/82/sovyetlerin-milli-kimligi-yok-etme-yonundeki-faaliyetleri-sovyet-halki-denemesi)

 Suleymanov, A. , “The influence of labour migration on Azerbaijani families” , Fəlsəfə və Sosial-Siyasi Elmlər Jurnalı,  No 3-4,  100-112, Bakü, 2006

Suleymanov, A. , “İbni-Haldunun Sosioloji Görüşləri”, Fəlsəfə və Sosial-Siyasi Elmlər Jurnalı,  No 3-4,  100-112, Bakı, 2006

Suleymanov, A., “Sosyo-kültürel Değişim Sürecinde Azerbaycan  Ailesinin Özellikleri”, Aile Araştırma Kurumu ve İslami Araştırmalar Vakfının Düzenledikleri  Uluslararası Aile Sempoziyumu , Günümüzde Aile,  , Ensar Neşriyat, 529-555, İstanbul, 2007

Suleymanov, A., “Yeni Sosyo-Ekonomik Gelişme Sürecinde Azerbaycan ailesi”. (Rusca) Çağdaş Kazakistan Toplumunun Gelişmesinin Bir Öğesi Olarak Vatanseverlik Uluslararası Semoziyumu" 27-28 Haziran 2007, 102-111,  Ust-Kamenegorsk (Kazakistan) , Media Alyans , 2007




Suleymanov, A., “ The Characteristics of the Azerbaijani Family in a Period Socio-cultural Changing ” , The Changes and Transformations in the Economic and Political Structure of Turkey Within the EU Negotiations, ed.Muhittin Demiray ve d., 118-123, Ekin Basım Yayın Dağıtım, Kutahya, 2007

Abulfez D. Suleymanov, “The influence of labour migration on Azerbaijani Families” KCTOS: Knowledge, Creativity and Transformations of Societies, Vienna, 6 to 9 December 2007, http://www.inst.at/kctos/speakers_n-s/suleymanov.htm

Suleymanov, A., “The Characteristics of the Azerbaijani Family in a Period of Rapid Socio-cultural Change, The Family in the New Millennium [Three Volumes], ed . A.Scott Loveless and Thomas B. Holman, Vol 1, 316-322,   Praeger Publishers ,Westport, 2007

Suleymanov, A., “Yeni Sosyo-Ekonomik Süreçte Azerbaycan Ailesi ” (Rusca)Osobennosti Azerbaydjanskoy Semyi v Prochesse Sociokulturnıh İzmeneniy, Grani Poznaniya, 93-104, No 11, Ufa (Rusya), 2007

Suleymanov, A., “Ailenin sosyo-ekonomik değişimlere  adaptasyon özelliği” (Azerbaycan ailesi örneğinde). (Rusca), Eurasian Community Dergisi (Kazakistan),  155-161, No 2 (58), 2007

Suleymanov, A., “Yurtdışına Emek Göçünün Azerbaycan Aile İçi İlişkilere Etkisi”, Journal of  Qafqaz University, Number 20, 43-56,  Social Science , Bakü, 2007.

Suleymanov, A., “Molokan Community in Azerbaijan: From Religious to lokal and Etnihnic İdentity” , The New South Caucasus: Overcoming old boundaries. Collection of papers, Tbilisi, 2008, Pp.112-127

Suleymanov, A., “Türk Dünyasının Kültürel Bütünleşmesinde Sosyolojinin ve Sosyologların Rolü”, Birinci Türk Dünyası Sosyologları Kongresi , s.127-130, Küreselleşme ve Milli Devlet, Kocaeli 2008
Suleymanov, A., “Modernleşme Sürecinde  Türk Toplulukları Aile Yapısında Ortaya Çıkan Dönüşümler”,  348-353, İkinci Türk Dünyası Sosyologlar Kongresi, Almatı, 2008, 

Suleymanov, A., “Geleceğin Ailesinin Geçirdiği Tarihsel Yol”, Özne Dergisi, 77-82, Sayı 8, Kış 2008

Suleymanov, A., Kulieva N.,  “XIX-XX. Yüzyılda Azerbaycan’da Geniş Aile Yapısı” Aile ve Toplum Dergisi, 77-85, Sayı 13, Ocak-Şubat-Mart 2008
Suleymanov, A., “ Çağdaş Türk Toplumlarında Aile ve Evlilik İlişkileri”,  Sosyal Siyaset Konferansları, 58 kitap, 197-217, İstanbul 2009

Suleymanov, A., “ Türk Dünyasında Düşünce Sorunları ve Sosyal Bilimler” , Fourth İnternational Conference of The Asian Philosophical Association (İCAPA 2009), The Path To Alliance of Civilizations Throuch The Asian Community, 4-6 november 2009 İndonesia, ss.91-97

www.asianpa.net/asianpa/conferences/indonisia/3.pdf

Suleymanov, A., “ Üniversite Gençliği ve Aile (Sosyoloji Araştırmanın Sonuçları), Fəlsəfə və Sosial-Siyasi Elmlər Jurnalı, No 1 (25),  94-105, Bakü, 2009

Suleymanov, A., “Çağdaş Azerbaycan toplumunda  ailenin türeme işlevinin  sosyolojik tahlili”,  Fəlsəfə və Sosial-Siyasi Elmlər Jurnalı,  No  3 (27),  Baku , 2009,

Suleymanov, A., “Türklerin Kültürel Birleşmesinde Türk Harf İnkılabının Rolü, Türk Harf İnkilapının 80.Yıldönümü  Uluslararası Sempoziyumu Bildiri Metinleri, 314-319, Yeditepe Üniversitesi Yay.2009

Suleymanov A. “Yurtdışına İşçi Göçünün Azerbaycanlı Kadınlar Üzerine Etkisi”

Uluslararası Multidisipliner Kadın Kongresi “Değişim ve Güçlenme”, 13-16 Ekim 2009, İzmir

http://www.imwc2009.org/full/345_2_f26305c6c630faedcf22330f40827c51.doc

Suleymanov A. “The Relationship Among Academician, Student and University in Modern Society in a Context of Liberalization of S&T”, XVII ISA World Congress of Sociology, 11-17 july 2010 Gothenburg, Sweden

Suleymanov, A., “Challenges of Sociology in Azerbaijan”, Facing an Unequal World: Challenges for a Global Sociology” Volume two, ISA Conference of the Council of National Associations, Conference Publications,  118-126, Taipei,  2010,

http://www.ios.sinica.edu.tw/cna/download/4a_Suleymanov_2.pdf

 Suleymanov, A., “ Azerbaycan’da Beyin Göçünün Sosyoloji Tahlili”, (Rusca ) Sociology of science and technology, No 1 (1), 108-117, Sankt-Peterburg, 2010

 Nesrin Türkarslan,  Suleymanov, A.,  “Üniversite Son Sınıf Öğrencilerinin Evlilik Konusundaki Görüş ve Düşünceleri -Azerbaycan ve Türkiye Karşılaştırması”, Karadeniz Dergisi,  54-67, No 5,  Kış 2010

http://www.karadenizdergi.com/turkce/universite-son-sinif-ogrencilerinin-evlilik-konusundaki-gorus-ve-dusunceleri-azerbaycan-ve-turkiye-karsilastirmasi/

Süleymanov, Ə., “ Ailə tədqiqatlarının nəzəri əsasları”, Fəlsəfə və Sosial-Siyasi Elmlər Jurnalı,  No  1(29),  Baku , 2010.

 Suleymanov, A., “The Way to the Modern University”, Sociology of science and technology, Vol 1 (3), 51-57, Sankt-Peterburg, 2011

http://ihst.nw.ru/eng/images/centre/2011_3%20sociology.pdf

Suleymanov, A., “Türk Dünyası’nda Bütüncül Karakterde Bir Türk Kimliğinin İnşası Açınından İbn Haldun’un Önemi”, Özne Dergisi, 57-67,  15 Kitap, Güz 2011

Suleymanov, A. , “The sociological analysis of Turkic communities of Central Asia in days of independence” , KazNU Bulletin Psychology and Sociology Series Al-Farabi Kazakh National University,  No 43,  25-30, Almaty, 2012

 Suleymanov, A., Global Relations System and Central Asian Turkıc Socıetıes  (Küresel İlişkiler Sistemi Ve Orta Asya Türk Toplumları) Avrasya Stratejik Uygulama ve Araştırma Merkezi Dergisi,  Ss, 99-106, No1, 2012, Çankırı

Suleymanov, A., “Azerbaycanda Eğitim Sosyolojisinin Gelişim Çizgisi”, “Eğitim Sosyolojisi Dün, Bugün, Yarın” Anı kitabı, ss. 99-114, 2012, Ankara

Suleymanov A. “Çağdaş Azerbaycan’ın Sosyal Yapılanmasında Yurtdışı Eğitimin Rolü”, Uluslaraarası Türk Kültür Coğrafyasında Eğitim Bilimleri Sempoziyumu, Sinop 2013

Suleymanov A. “Ortak Türk kimliği bağlamında  Sosyal  Bilimlerin  Önemi”, Türk Dünyası Kültürel Değerleri Uluslararası Sempozyumu, Eskişehir, 2014 

Suleymanov A. “Kültürlerarası rekabet ve milletleşme sürecinde Türk Cumhuriyetlerinin dinamıkleri”, Beşinci Türk Dünyası Sosyologlar Kongresi , s.20-30 Almatı (Kazakistan)  2014 

Suleymanov A. “Azerbaycan milli kimliğinin korunmasında Bahtiyar Vahapzade’nin rolü”, Bilgeler Zirvesi Uluslararası Sempozyumu Bildiri Kitabı, Eskişehir, 2014

 Suleymanov, A., Azerbaycan’da Yüksek Lisans Öğrencilerinin Bilimsel Yeterlilik Düzeyi Bakımından Değerlendirilmesi, Sosyoloji Konferansları, No 50, 1-18,  İstanbul,  2014-2

 Suleymanov A. “Avrasya coğrafyasında Güvensizlik Fenomeni” “Felsefe, Hoşgörü, Küreselleşme, Doğu-Batı- Düşüncelerinin Diyaloğu” temalı Rus Felsefecilerin 7. Uluslararası Kongresi, Ufa (Başkurdistan, Rusya), 2015

Suleymanov A. “Azerbaycan’da Yurtdışı  Eğitiminin Tarihsel Süreçleri”, Rus Şark Bilimcilerin “Rusya ve Doğu: Ülke ve Halkların Etkileşimi” temalı  10. Uluslararası Kongresi, Ufa (Başkurdistan, Rusya), 2015

Suleymanov A. “Çağdaş Türk Devletlerinde Toplumsal Güvensizlik Sorunu ”,  VI. Uluslararası Türk Dünyası Sosyologlar Birliği Kongresi “Türk Dilli Ülkelerde Tarih, Toplum ve Değerler”, İstanbul, 2015

Suleymanov A. “Orta Asya Türk Cumhuriyetlerinde Suça Sürüklenen Çocuklara Yönelik Onurucu Adalet Programı ”,  Türkiye’de Denetimli Serbestlik 10. Yıl Sempozyumu, “Uluslararası Yaklaşımlar” , s. 5-7, 8-10 Aralık 2015, Istanbul

Suleymanov A. “Büyük Öğrenci Projesi’nin İstihdam Bağlamında Değerlendirilmesi”, Uluslarası İpek Yolunun Yükselişi ve Türk Dünyası Bilgi Şöleni Konferansın Bildirileri, Yükselen İpek Yolu 1. CİLT, Türk Yurdu Yayınları Yayın No: 107 Ankara – Ekim 2016 s.158-169

 Suleymanov A. “ Zorunlu Göçün Sosyal Etkileri ve Yerel Halkın Algısı: Sultanbeyli Örneği”, 1. Uluslararası Göç ve Kültür Sempozyumu Bildiri Kitabı, s.451-464, 01-03 Aralık 2016, Amasya

Suleymanov, A., Rostovskaya T. “Rusya ve Azerbaycan’da Yabancılarla Yapılan Evliliklerin Dayanaklığı”, (Rusça) , Vestnik VEGU, No 2 (88), s.110-117, 2017

Suleymanov, A., Sönmez, P. “Avrupa Birliği ve Türkiye Politikalarında Suriyelilere Yönelik Yaklaşımların Birlikte Yaşama Kültürü Bağlamında Değerlendirilmesi”, Göç Dergisi (GD) Migration Journal, No 4/2017, 41-61, London

Suleymanov A. “ Zorunlu Göçün Psikolojik ve  Sosyo-kültürel  Etkileri”, (Rusça) , “Uygulamalı Psikoloji: Entegrasyon ve Disiplinlerarası Araştırmalar”, Uluslararası Konferansın Bildirileri,  ss.275-282, 2017, Ust-Kamenogorsk, Kazakistan

Suleymanov, A., Galiev, G., and İldarhanova, Ch. “Social Dynamics of Modern Russian and Turkish Societies”, Contemporary Russo–Turkish Relations From Crisis to Cooperation, Ed. By Ali Askerov, Lexington Books , US:2018   

Leave a Reply

Your email address will not be published. Required fields are marked *