Qasımov Rauf Cabbar oğlu

5 mart 1943-cü ildə Azərbaycan Respublikasının Tovuz rayonunun Qoşa kəndində anadan olub. 1968-ci ildə N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunu (indiki Azərbaycan Tibb Universiteti) bitirib. Hal-hazırda Rusiyada yaşayır. A.L. Polenov adına Rusiya Elmi Tədqiqat Neyrocərrahiyyə İnstitutunda çalışır. Elmi sahəsi: Tibb elmləri. “Ağır kəllə-beyin zədəsi ilə beyin oksidləşdirmə-reduksiya proseslərinin pozğunluğu” mövzusunda tibb üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib (1973); “Dağılmış beyin ocaqlarının mövcudluğu ilə ağır kəllə-beyin zədələrinin diaqnostikası və müalicəsi” mövzusunda tibb üzrə elmlər doktorluğu dissertasiyasını müdafiə edib (1989); “Professor” elmi adını alıb (1990); Kəllə-beyin travmaları cərrahiyyəsinin biokimyası, patogenezi və morfologiyasına həsr edilmiş üç yüzdən çox elmi iş, neyrocərrahiyyənin müxtəlif aspektlərinə həsr olunmuş dörd monoqrafiya, bir neçə tədris-metodik vəsaitin müəllifidir. Patentlə müdafiə olunan neyrocərrahiyyə praktikası sahəsinə aid on doqquz ixtirası var. “Rusiya Federasiyasının Əməkdar Həkimi” (1999); “Rusiya Federasiyasının Əməkdar Elm İşçisi” fəxri adı (2007); “Sankt-Peterburqun 300 illiyi xatirəsinə” medalı; Neyrocərrahiyyə sahəsindəki səmərəli fəaliyyətinə görə, “Aleksandr Çijevski adına mükafat” ilə təltif edilib. Tibbi praktikada ilk dəfə beyin yarımkürələrinin böyük dağılma ocaqlarının mövcudluğu ilə ağır kəllə-beyin zədələrinin kliniki gedişi tipi nəzərə alınmaqla ilkin diaqnoz və fərqli cərrahi taktika sistemini hazırlayıb; Klinik-fizioloji, klinik-bioloji və neyrohistoloji araşdırmaları əsasında beyin yarımkürələrinin dağılma ocaqlarının kompleks müalicəsi metodunu hazırlayıb; Neyrocərrahiyyənin ən mürəkkəb istiqamətlərindən olan kəllə-beyin travmaları cərrahiyyəsində elmi məktəbi yaradıb; Rusiya və digər xarici ölkələrdə keçirilən çoxsaylı beynəlxalq konfranslarda məruzələrlə çıxış edib; Hər il Rusiyanın müxtəlif vilayətlərində neyrocərrahiyyə əməliyyatları üzrə mühazirələr oxuyur; Elmi və praktiki fəaliyyəti ilə yanaşı, yüksəkixtisaslı kadrların hazırlanmasında fəal iştirak edir.  Onun rəhbərliyi altında 20-yə yaxın fəlsəfə və elmlər doktorluğu dissertasiyaları müdafiə olunub; Neyrocərrahiyyə və əsəb xəstəlikləri üzrə dissertasiya şurası, həmçinin Sankt-Peterburq Neyrocərrahlar Assosiasiyasının üzvüdür; A.L. Polenov adına Rusiya Elmi‑Tədqiqat Neyrocərrahiyyə İnstitutunun şöbə müdiridir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *