Quliyev Yusif Murad oğlu

15 oktyabr 1950-ci ildə Azərbaycan Respublikasının Ağsu şəhərində anadan olub. 1972-ci ildə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirib. Hal-hazırda Qazaxıstan‎da yaşayır. “Optimum” Layihə İnstitutunda çalışır. Elmi sahəsi: Texnika elmləri. Texnika üzrə fəlsəfə doktoru (1986); Texnika üzrə elmlər doktoru (1999); Professor (2009); yüz iyirmi elmi məqalənin, üç monoqrafiyanın və beş dərsliyin müəllifdir; Neft və qaz quyularının qazma texnologiyası problemləri üzrə araşdırmalar aparır. SSRİ gəncləri arasında “Ümumittifaq Səmərələşdiricilər və İxtiraçılar Cəmiyyəti” mükafatı laureatı (1980); Qazaxıstan Respublikası Təhsil Nazirliyinin “Ləyaqət” ordeni (1996); Akim Vilayəti hakiminin fəxri fərmanı (2000); “Qazaxıstanın təhsil əlaçısı” (2000); “Qazaxıstan Respublikasının Müstəqilliyinin 10 illiyi” medalı (2001); Qazaxıstan Xalq Assambleyasının fəxri fərmanı (2003); Qazaxıstanın Energetika və Mineral Ehtiyatları Nazirliyinin “Ləyaqət ordeni” (2008); 2013-cü ildə Qazaxıstan Xalq Assambleyasının “Birlik” qızıl medalına layiq görülüb. Ş.Yesenov adına Aktau Dövlət Universitetində baş müəllim, dosent (1988-1991), kafedra müdiri (1991-1999), dekan (1999-2001), prorektor (2001-2007) vəzifələrində işləyib; “Optimum” Layihə İnstitutu, şöbə müdiri; Manqistau Humanitar-Texniki Universiteti, professor (2007-ci ildən); “Dostluq” regional Azərbaycan etno-mədəni birliyinin fəxri sədridir; Qazaxıstan Xalq Assambleyasının üzvüdür.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *