Quluzadə Tofiq Salman oğlu

19 may 1935-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub. 1954-cü ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Geologiya fakültəsini bitirib. Hal-hazırda Rusiyada yaşayır. Moskva Dövlət Dəmiryolu Universitetinin Fizika kafedrasında çalışır. Elmi sahəsi: Yer elmləri. “Üzvi liqandlarla palladiumun bəzi kompleks birləşmələrinin rentgen struktur tədqiqatları” mövzusunda fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib (1971); Fizika üzrə dörd metodik tövsiyə, rus-fransız-kxmer dillərində fiziki terminlər lüğəti hazırlayıb və nəşr edib; otuz beş məqalə, məruzə, metodik tövsiyə hazırlayıb və nəşr edib. Kampuçiya Xalq Respublikası (KXR) Ali Təhsil Nazirliyi tərəfindən KXR iqtisadiyyatı üçün ixtisaslı mütəxəssislərin hazırlanmasına görə fəxri fərmanla təltif edilib (1987); “Moskvanın 850 illiyi” medalı ilə təltif olunub, əmək veteranıdır. Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutu, kiçik elmi işçisi (1961), aspirant (1963-1964); SSRİ Elmlər Akademiyasının Ümumi və Qeyri üzvi Kimya İnstitutunun aspirantı olub (1964); Azərbaycan Elmi-Tədqiqat Elmi-Texniki İnformasiya və Texniki-İqtisadi Tədqiqatlar İnstitutunda patent informasiyasının rəhbəri (1969-1974); Moskva Dövlət Dəmiryolu Universitetində dosent, holoqrafik nəzarət metodları laboratoriyasında baş elmi işçi (1976-cı ildən); Dəmiryol nəqliyyatı texnikası və Müdafiə Nazirliyinin nəzarət-ölçü lazer aparaturası nümunələrinin yaradılması üzrə dövlət büdcəsi və təsərrüfat müqavilələri əsasında işlərdə fəal iştirak edib. İştirakı ilə metropolitenlərin və gəmi qurğularının enerji təminat sistemlərinə nəzarət üçün yüksək cərəyanlı maqnit-optik ötürücü hazırlanıb; Tunel və körpü tikililəri sahəsində mütəxəssis kimi limanların kompleks layihələndirilməsində “Soyuzmorminproyekt” Elmi-Tədqiqat Dəniz Nəqliyyatı İnstitutu tərəfindən işə cəlb edilib (1991); Pnompendə Kampuçiya-Sovet Dostluğu Ali Texniki İnstitutunun Fizika kafedrasına rəhbərlik edib (1984-cü ildən); Moskva Dövlət Dəmiryolu Universitetində tələbələrin distant təhsili üsulunun banisidir; Moskva Dövlət Dəmiryolu Universiteti ilə Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq haqqında 2012-ci il tarixli saziş çərçivəsində Moskva Dövlət Dəmir Yolu Universiteti tərəfindən məsul icraçı təyin edilib; Uzun illər Moskva Dövlət Texniki Tərəqqi və İqtisadi Biliklər Universitetinin Keyfiyyəti idarəetmə fakültəsinin dekan müavini olub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *