Qurbanov Namiq Qurban oğlu

29 aprel 1932-ci ildə Naçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub, 31 yanvar 2014-cü ildə vəfat edib. 1954-cü ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Geologiya fakültəsinin “faydalı qazıntı yataqlarının geologiyası və kəşfiyyatı” ixtisasını bitirib. Elmi sahəsi: Yer elmləri. Geologiya‑mineralogiya üzrə elmlər doktoru; “Filiz və qeyri-filiz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı” ixtisası üzrə professor elmi adını alıb (1972); Elmi fəaliyyətinin əsas istiqamətlərini əlvan və qiymətli metal yataqlarının proqnozlaşdırılması, kəşfiyyatı və qiymətləndirilməsi məqsədləri üçün struktur-formasiya analizi və rayonlaşdırma metodlarının işlənib hazırlanması və tətbiqi əhatə edir. Üç kəşfə görə müəlliflik şəhadətnaməsi almışdır; iyirmi yeddi monoqrafiyanın müəllifidir və Moskva, Novosibirsk, Kiyev, Daşkənd, Praqa və digər şəhərlərdə nəşr olunan müxtəlif jurnallarda iki yüz otuz elmi məqaləsi dərc edilib. SSRİ Dövlət Mükafatı laureatı (1982); “SSRİ-nin yeraltı sərvətlərinin fəxri kəşfiyyatçısı” (1985); 1973-cü ildə “Yeraltı sərvətlər kəşfiyyatının əlaçısı” mükafatına layiq görülüb. Mərkəzi Geoloji Kəşfiyyat Elmi-Tədqiqat İnstitutunun (MGKETİ)  kiçik elmi işçisi (1954-1964), böyük elmi işçi (1964-1970), bölmə müdiri, Qafqaz laboratoriyasının rəhbəri (1969-1982), əlvan və qiymətli metallar şöbəsinin müdiri (1982-ci ildən); Saziş əsasında Suriya və Misirdə çalışan tədqiqat qrupunun texniki rəhbəri (1958-1960); SSRİ-nin Cənub qızılı şöbəsinin rəhbəri (1982-1986); SSRİ-nin, sonra Rusiya Federasiyasının Qızıl şöbəsinin rəhbəri (1986-1994); Filiz yataqları ərazi kompleksləri şöbəsinin rəhbəri (1994-1999); Əlvan metalların proqnozlaşdırılması və axtarışı şöbəsinin baş elmi işçisi (1999-cu ildən ömrünün sonunadək); SSRİ Faydalı Qazıntı Ehtiyatları üzrə Dövlət Komissiyasının eksperti (1970-1991); Rusiya Federasiyası Təbii Sərvətlər və Ekologiya Nazirliyinin ekspert şuralarının daimi üzvü və kuratoru, Cənubi Uraldakı böyük Uzelqinsk mis-kolçedan yataqlarının kəşf edilməsi və qiymətləndirilməsi, Böyük Qafqazda (Cigix-altı, Filizçay II, Katex II) kolçedan-polimetal yataqlarının və Kiçik Qafqazda (Qızılbulaq), Qırğızıstanda (Kumtor III), Muruntau cinahlarındakı (Özbəkistan) qızıl yataqlarının kəşfiyyatı və qiymətləndirilməsinin iştirakçılarından biri olub; MDU-nun Geologiya fakültəsində “Geoloji-filiz formasiyaları əyalətləri” kursunu tədris edib (1964-1971); SSRİ Geologiya Nazirliyinin İxtisasartırma İnstitutunda əlvan və qiymətli metalların axtarışı və proqnozu üzrə mühazirələr oxuyub (1982-1989); Mineral Ehtiyatlar Beynəlxalq Akademiyasının (1994), Rusiya Təbii Elmlər Akademiyasının və ABŞ-ın Filiz Yataqlarının Genezisi üzrə Beynəlxalq Akademiyasının həqiqi üzvü , həmçinin METGKİ Böyük Elmi Şurasının və dissertasiya müdafiəsi üzrə iki elmi şuranın (1995-ci ildən), “Советская геология”, “Отечественная геология” və “Руды и металлы” jurnallarının redaksiya heyətinin üzvü olub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *